
Parlament seçkiləri tarixə düşəcək
12:27 26.06.2024
Siyasət
388
Seçkilərin önə çəkilməsi düzgün qərardır O namizədlər artıq azad edilmiş ərazilərdə keçirilən seçkilər nəticəsində mandat qazanacaqlar
Yeni Azərbaycan Partiyasının (YAP) növbədənkənar parlament seçkilərinin keçirilməsi təşəbbüsü ilə çıxış etməsi və Milli Məclisin müraciəti gözlənilən idi. Çünki son aylarda və xüsusən də son həftələrdə siyasi kuluarlarda və media müstəvisində, o cümlədən sosial mediada bu barədə müzakirələr gedirdi. Bu mənada proqnozlar özünü doğrultdu. Artıq avqust, yaxud sentyabr ayında növbədənkənar parlament seçkilərinin keçiriləcəyi bəllidir.
Azərbaycan Həmrəylik Komitəsinin sədri Əlisahib Hüseynov "Sherg.az"a açıqlamasında deyib ki, siyasətlə məşğul olanlar seçkilərin vaxtının 1-2 ay önə çəkilməsinə normal yanaşırlar. Ekspertin sözlərinə görə, bu, bütün dünya ölkələrinin siyasi proseslərində tez-tez rast gəlinən bir təcrübədir:

"Hətta özünü “demokratiyanın beşiyi” sayan Fransa da hazırda erkən parlament seçkilərinə hazırlaşır. Qardaş Türkiyənin də ən yaxın tarixində dəfələrlə erkən parlament və ya prezident seçkilərinin keçirilməsinin şahidi olmuşuq. Odur ki, bizim də bu təcrübəyə müraciət etməyimiz normaldır. Azərbaycanda seçkilərin bir-iki ay irəli çəkilməsində heç bir müstəsnalıq və qeyri-adilik yoxdur. Dünyanın əksər ölkələrində olduğu kimi, bizim də qanunvericiliyimiz seçkilərin vaxtının irəli çəkilməsinə icazə verir. Bunun üçün heç şübhəsiz ki, kifayət qədər obyektiv səbəblər də var. Bildiyiniz kimi, 44 günlük Vətən müharibəsindən və 2023-cü ilin 19-20 sentyabrında həyata keçirilmiş antiterror tədbirlərindən sonra ölkəmizdə və bütövlükdə Cənubi Qafqazda yeni reallıqlar yaranıb. Ərazi bütövlüyümüz və suverenliyimiz tam bərpa olunub, erməni separatizminin kökü kəsilib. Bu baxımdan prezident seçkilərinin davamı olaraq bütün suveren bölgələrimizdə parlament seçkilərinin də keçirilməsi zəruridir. Beləliklə, növbədənkənar parlament seçkiləri müstəqillik dövründə ilk dəfə olaraq Qarabağ və Şərqi Zəngəzuru da real surətdə əhatə edəcək. O bölgələrdən millət vəkilliyinə namizəd qismində seçkilərə qatılan şəxslər artıq Bakıda, Sumqayıtda, İmişlidə və məcburi köçkünlərin kompakt şəkildə yaşadıqları digər məkanlarda deyil, azad edilmiş ərazilərdə keçirilən seçkilər nəticəsində mandat qazanacaqlar. Bu, olduqca önəmli məqamdır".
Analitik vurğulayıb ki, parlament seçkilərinin növbədənkənar keçirilməsini zəruri edən əsas səbəblərdən biri də, heç şübhəsiz ki, seçkilərin vaxtının COP29 sammiti ilə eyni vaxta düşməsidir: "Seçkilərin vaxtının önə çəkilməsi həm parlament seçkilərinə, həm də COP29-a yüksək səviyyədə hazırlaşmağa imkan verəcək, təşkilati işlərdə hər hansı problemlərin yaşanmasının qarşısını alacaq. Ona görə də seçkilərin önə çəkilməsini düzgün qərar hesab edirəm. Bütöv Azərbaycanımızda keçirilən ilk parlament seçkiləri milli birlik və həmrəyliyimizə töhfə verəcək".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
17 yaşlı şübhəli üçün 126 ilə qədər həbs istənilir
17:56 11.04.2026
Hadisə
Abşeronda ölüm hadisəsi baş verdi
17:51 11.04.2026
Hadisə
Ağdamda tikintidə ölüm hadisəsi baş verib
17:25 11.04.2026
Hadisə
Tərtərdə kanalda batan 7 yaşlı uşağın meyiti tapılıb - YENİLƏNİB
17:23 11.04.2026
Hadisə
ABŞ-İran danışıqları başladı - YENİLƏNDİ
17:19 11.04.2026
Dünya
Güclü külək əsəcək - XƏBƏRDARLIQ
16:59 11.04.2026
Ekologiya
KİV: İran ABŞ ilə danışıqlara başlamaqdan imtina etdi
16:41 11.04.2026
Dünya
Makron Ərdoğanla telefon danışığı aparıb
16:31 11.04.2026
Siyasət
Zelenski Pasxa atəşkəsinə əməl etməyə hazır olduqlarını bəyan edib
16:18 11.04.2026
Dünya
ABŞ İranın şərtlərini qəbul etmədi
16:10 11.04.2026
Dünya
İran ABŞ-dən tələblərini açıqladı
15:42 11.04.2026
Dünya
Fərəc Fərəcovun poeziyası ətrafında bəzi düşüncələr
15:38 11.04.2026
Ədəbiyyat
Fərhad Məmmədov: Ermənilərlə bu görüşün simvolik mənası odur ki...
15:31 11.04.2026
Gündəm
ABŞ mətbuatı yazdı: “Çindən İrana səssiz dəstək”
15:01 11.04.2026
Dünya
CNN: Çin İrana yeni HHM sistemləri göndərməyə hazırlaşır
14:47 11.04.2026
Gündəm