“Partiyamız daha səmərəli və aktiv fəaliyyət göstərəcək”
Yusif Nəzərli
14:57 21.10.2021
Siyasət
987
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə çoxpartiyalı siyasi sistemin möhkəmləndirilməsi, vətəndaş cəmiyyətinin inkişafı istiqamətində genişmiqyaslı hərtərəfli islahatlar aparılır. Hazırda ölkədə 56 siyasi partiya fəaliyyət göstərir ki, onlardan 7-si ötən il dövlət qeydiyyatından keçib. Görülən işlərin məntiqi nəticəsi olaraq cəmiyyətimizdə demokratik dəyərlər qüvvətlənir, ölkə həyatının bütün sahələrində siyasi partiyaların və vətəndaş iştirakçılığının rolu artır.
Ədliyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, bu prosesin davamı olaraq, 16 qeyri-kommersiya təşkilatının, Azərbaycan Yüksəliş Partiyasının və Haqq Ədalət Partiyasının müraciətləri əsasında onların sənədlərinin qanunvericiliyin tələblərinə uyğunluğu məsələsi öyrənilib və qeydiyyata alınmaları ilə bağlı Ədliyyə Nazirliyinin 15 oktyabr tarixli növbəti Kollegiya iclasında qərar qəbul edilib.
Bununla əlaqədar həmin partiyaların və QHT-lərin təmsilçilərinə nazirlikdə dövlət qeydiyyatı haqqında şəhadətnamələr təqdim olunub.
Azərbaycan Yüksəliş Partiyasının başqanı Anar Əsədli təəsüratlarını “Sherg.az”la bölüşüb:
“Ağır və uzun proses olmasına baxmayaraq şükürlər olsun ki, partiyamız dövlət qeydiyyatına alındı. Partiya üzvlərimizə, əməyi keçən hər kəsə təşəkkürlərimi bildirirəm. İnanıram ki, AYP hüquqi-texniki problemlər ortadan qalxdığı üçün bundan sonrakı fəaliyyətində daha səmərəli və aktiv fəaliyyət göstərəcək. Bizə dəstək verən bütün media qurumlarına dərin təşəkkürlərimizi bildiririk!”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
KİV: ABŞ-da benzinin qiyməti rekord həddə çatıb
01:01 05.05.2026
İqtisadiyyat
Ağ Evin yaxınlığında silah səsləri eşidilib
00:38 05.05.2026
Dünya
Zelenski: Ukrayna mayın 6-dan etibarən “sükut rejimi” elan edir
23:40 04.05.2026
Dünya
Mingəçevirdə tələbə ölüb
23:19 04.05.2026
Hadisə
"Qarabağ" qalib gəldi
23:06 04.05.2026
Futbol
Ciorcia Meloninin Azərbaycana səfəri başa çatıb
22:55 04.05.2026
Siyasət
“Paşinyanı devirmək planı var” - ŞƏRH
22:21 04.05.2026
Gündəm
“Dərslik tənqidləri qeyri-obyektivdir” - Tarix müəllimi
22:16 04.05.2026
Elm və Təhsil
Zelenskidən Paşinyana təklif - KİYEVDƏ KEÇİRİLSİN
21:45 04.05.2026
Gündəm
“Qarabağ” “Turan Tovuz”u məğlub etdi
21:36 04.05.2026
Futbol
Rusiya 8–9 may tarixlərində atəşkəs elan edib
21:34 04.05.2026
Dünya
"Space" TV-nin yeni rəhbəri: Hədəfimiz böyükdür
21:30 04.05.2026
Gündəm
Şəhidin "Vətən uğrunda" medalı İmişlidə ailəsinə təqdim edilib
21:27 04.05.2026
Cəmiyyət
BƏƏ-də raket təhlükəsi elan edildi
21:10 04.05.2026
Dünya
Türkiyədən on il ərzində 1 407 568 suriyalı geri qayıdıb
20:57 04.05.2026
Region
“Çelsi” öz meydanında məğlub olub
20:44 04.05.2026
Futbol