Ermənistan Baş naziri Nikol Paşinyan Avropa İttifaqının (Aİ) ölkəsindəki monitorinq missiyasının yeni rəhbəri Satu Koivunu qəbul edib.
Teleqraf xəbər verir ki, baş nazir görüşdə Ermənistan-Aİ münasibətlərinin dinamik inkişaf xarakteri daşıdığını bildirib.
Satu Koivu da Ermənistanla sıx əməkdaşlıq və fəal dialoqun davam edəcəyinə əminliyini vurğulayıb.
Görüş zamanı həmsöhbətlər Ermənistan və Azərbaycan arasında sülh prosesi və regionda sabitliyin təmin edilməsi ilə bağlı məsələlərə toxunublar.