Paşinyan cavabdan yayınır: Maneə nədir? - Sabiq XİN-dən AÇIQLAMA
11:33 13.10.2023
Siyasət
626
“Ermənistanın baş naziri 6 saat Qranadaya uçur, orada Azərbaycansız Azərbaycanın müzakirə olunduğu anlaşılmaz görüşdə iştirak edir, Bişkekə isə 2-3 saatlıq uça bilmir, vacib işləri var”.
Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev MDB-yə üzv dövlətlərin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri şurasının 53-cü iclasında deyib.
"Həmçinin, sizləri məlumatlandırmaq istərdim ki, oktyabrın 12-də, bir gün sonra Rusiya tərəfinin təklifi ilə Rusiya, Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinin Bişkekdə görüşü baş tutmalıdır. Biz Rusiya Federasiyasının vasitəçiliyini minnətdarlıqla qəbul edirik, çünki Rusiya bizim qonşumuz və müttəfiqimizdir, həmçinin, Ermənistanın müttəfiqidir.Bu ölkə minlərlə kilometr məsafədə yerləşən ölkələrdən fərqli olaraq, bizim regionda yerləşir. Təbii ki, ölkələrimiz arasındakı münasibətlərin tarixi, təbii olaraq, Rusiya tərəfinin vasitəçiliyini şərtləndirir. Biz bu təklifi müsbət qarşıladıq və xarici işlər nazirimiz rus və erməni həmkarları ilə görüşməyə hazır idi. Təəssüf ki, Ermənistan tərəfi bu görüşdən imtina etdi. İndi isə sual yaranır: Ermənistan sülh istəyirmi? Düşünürəm ki, xeyr. Əgər o, sülh istəsə idi, bu imkandan imtina etməzdi. Ermənistanın baş naziri 6 saat Qranadaya uçur, orada Azərbaycansız Azərbaycanın müzakirə olunduğu anlaşılmaz görüşdə iştirak edir, Bişkekə isə 2-3 saatlıq uça bilmir, vacib işləri var. Bax bütün bunları biz açıq şəkildə deməliyik. Hamı bunu görür, lakin bunu demək və buna əsaslanmaq lazımdır", - dövlət başçısı deyib.
Hadisəyə münasibət bildirən sabiq xarici işlər naziri Tofiq Zülfüqarov "Sherg.az"a bildirib ki, Ermənistan Zəngəzur dəhlizi ilə bağlı öhdəliyindən qaçmağa çalışır:
" Ermənistan istər-istəməz Rusiyanın iştirakı ilə imzalanan 10 noyabr bəyanatının digər bəndlərini həyata keçirməlidir. Bu təzyiqdən qaçmaq üçün isə Paşinyan görüşdən imtina edib. Həmçinin bu məsələdə Avropa İttifaqının dəstəyinə ümidlidir. Ümumiyyətlə Qranadadakı görüşü xatırlasaq görəcəyik ki, Bakının iştirakı olmadan Azərbaycanın maraqlarına zidd qərarlar qəbul edilib. İndi Paşinyan həmin qərarların cavabını vermək istəmir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zərdüşt Əlizadənin bacısı vəfat etdi
17:53 01.11.2026
Hadisə
"Neftçi" "Şamaxı"nı məğlub etdi, liderliyə yüksəldi
16:58 01.11.2026
Futbol
İranda COVID-19-a yoluxma artır
16:42 01.11.2026
Sağlamlıq
NASA-nın tonyarımlıq teleskopu yerə düşəcək
16:10 01.11.2026
Maraqlı
Britaniya hökuməti Breksit sazişini yeniləməyi planlaşdırır
15:55 01.11.2026
Gündəm
Şəkidə avtomobil dərəyə aşıb, ölən və yaralananlar var - YENİLƏNİB
15:37 01.11.2026
Hadisə
Rusiyada məşhur qrupun vokalçısı öldü
15:22 01.11.2026
Şou
"Qalatasaray”ın vitse-prezidenti istefa verdi
15:08 01.11.2026
Futbol
Gəncədə evdən 35 yaşlı kişi meyiti tapılıb
14:53 01.11.2026
Hadisə
Bakıdan Tbilisiyə əlavə reys 100 faiz doluluqla yola düşüb
14:05 01.11.2026
İnfrastruktur
Zelenski: Putinlə Türkiyədə görüşməyə hazıram
13:32 01.11.2026
Dünya
İranda hələ də vurulmalı bir-iki obyekt qalıb - Tramp
13:18 01.11.2026
Aktual
Sabaha olan hava proqnozu açıqlandı
12:46 01.11.2026
Ekologiya
İlham Əliyev Əlcəzair Prezidentini təbrik edib
12:15 01.11.2026
Rəsmi
Azərbaycan XİN Milli Günü münasibətilə Əlcəzairi təbrik etdi
11:11 01.11.2026
Gündəm