Paşinyan iyunun 7-də qələbəyə hazırlaşır - Manukyan

“Ermənistan Baş naziri Nikol Paşinyan iyunun 7-də keçiriləcək parlament seçkilərində qələbə qazanmaq üçün hər şeyi edir”.

Teleqraf xəbər verir ki, bunu parlamentdəki müxalif “Ermənistan” fraksiyasının üzvü Geqam Manukyan deyib.

Deputat xatırladıb ki, dünən Ermənistan polis rəisinin üç müavini işdən çıxarılıb:

“Baş nazir şahmat taxtasındakı müxtəlif fiqurları qurban verir, vəzirdən başlayaraq hamını qurban verməyə hazırdır. Bəzən yaxşı edir. Həmin polis əməkdaşlarına yüz dəfə deyilmişdi ki, başqalarına baxın və dərs çıxarın”.

Manukyan hesab edir ki, proses davam edəcək və hamıya - polislər, prokurorlar, müstəntiqlər, hakimlər və digərlərinə şamil olunacaq:

“Onun fraksiyasının deputatları da baxıb nəticə çıxarsınlar. Hər şey 7 iyun üçün edilir. Gözlərini yumub seçkilərdə qələbə, hakimiyyətdə qalmaq üçün hər şeyi edir”.