
Paşinyan sülhə əsaslanan yeni respublika qurur - ŞƏRH
Paşinyan sülhə əsaslanan yeni respublika qurur - ŞƏRH
03:55 26.10.2025
Siyasət
569
“Baş nazir Nikol Paşinyan Üçüncü Ermənistan Respublikasını ləğv etmək istəyir”. Bunu Ermənistanın hakim “Vətəndaş Müqaviləsi” Partiyasından xaric edilmiş deputat Ovik Ağazaryan deyib. O qeyd edib ki, Nikol Üçüncü Respublikanı ləğv edib, Dördüncü Respublika yaratmaq istəyir”.
Ağazaryanın fikrincə, baş nazirin kilsə və “Daşnaksütyun” (terror təşkilatı) əleyhinə kampaniyası bununla bağlıdır. Deputat əlavə edib ki, bu məqsədlə də katolikos II Qaregin öz vəzifəsindən uzaqlaşdırılmalıdır: “Üçüncü Ermənistan Respublikası” Ermənistanın 1991-ci ildən başlayan müstəqillik dövrü ilə əlaqəlidir. Nikol Paşinyan Dördüncü Respublikanı da elan edib. Bu isə onun hakimiyyəti dövründə qurulana aiddir”.
Politoloq Abutalıb Səmədov Sherg.az-a açıqlamasında bildirib ki, Paşinyan, əslində, Ermənistana yeni bir ideoloji siyasi dəsti-xətt təqdim edir. O, açıq deyir ki, müstəqil Ermənistan, yəni üçüncü respublika savaşla qurulub:

“Ermənistanın Baş naziri Nikol Paşinyan çıxışlarında da əsas məqsədinin “Dördüncü Respublika”nı yaratmaq olduğunu bəyan edib. O, 1991-ci ildə müstəqillik əldə etdikdən sonra formalaşan “Üçüncü Respublika”nın ideoloji təməlinin konflikt üzərində qurulduğunu bildirib. Bu respublika qonşu dövlətlərlə, xüsusilə Azərbaycan və Türkiyə ilə münasibətlərdə qarşıdurma siyasətinə üstünlük verdi və nəticədə Ermənistan tarixinin ən ağır məğlubiyyətini yaşadı. Paşinyanın fikrincə, “Üçüncü Respublika” əsl mənada müstəqil deyildi. O, Rusiya tərəfindən tam nəzarət altında saxlanılan, siyasi baxımdan forpost rolunu oynayan bir dövlət idi. Hökumət dəyişiklikləri və seçkilər formal xarakter daşıyırdı, çünki demək olar ki, bütün seçkilər saxtakarlıqla keçirilirdi və beynəlxalq standartlara cavab vermirdi. Paşinyan həmçinin bildirib ki, 2026-cı ildə keçiriləcək parlament seçkilərində hakim “Vətəndaş Müqaviləsi” Partiyası qalib gəldiyi təqdirdə, “Dördüncü Respublika”nın qurulması istiqamətində real addımlar atılacaq. Bu prosesin əsas mərhələlərindən biri yeni Konstitusiyanın qəbulu olacaq. Yeni Konstitusiyada Ermənistanın qonşu dövlətlərə qarşı heç bir ərazi iddiasının olmadığı açıq şəkildə təsbit ediləcək. Paşinyanın təqdim etdiyi modelə görə, “Dördüncü Respublika” sözün əsl mənasında suveren, demokratik və sülhpərvər bir dövlət olacaq”.
A.Səmədov qeyd edib ki, Ermənistan müxalifətinin iddia etdiyi kimi, Paşinyan “Üçüncü Ermənistan Respublikası”nı ləğv etmir. Tarixdə olduğu kimi, əvvəlki respublikalar necə qaldısa, “Üçüncü Respublika” da Ermənistan tarixinin bir mərhələsi kimi qalacaq, sadəcə, o, uğursuz və faciəvi bir dövr kimi xatırlanacaq:
“Paşinyan “Dördüncü Respublika”nın məntiqinin və ideoloji xəttinin sülhə əsaslanacağını vurğulayır. Bu respublika Ermənistan üçün sülh, qonşularla normal münasibətlər, sabitlik və əsl müstəqillik vəd edir. Hazırda Ermənistan Qərbə inteqrasiya yolunda irəliləyir və Avropa İttifaqının üzvü olmağa can atır. İslahatların məqsədi ölkədə demokratik prinsiplərin tam şəkildə bərqərar olması, vətəndaş hüquqlarının təmin edilməsi və Avropasayağı idarəetmə modelinin formalaşdırılmasıdır. “Dördüncü Respublika” ideyası təkcə Ermənistan üçün deyil, bütün region ölkələri üçün də əhəmiyyətli hesab oluna bilər. Çünki uzun illər davam edən qarşıdurma siyasəti həm Ermənistanı iqtisadi və sosial tənəzzülə apardı, həm də regionda sabitliyin qarşısını aldı. “Üçüncü Respublika”nın konflikt ideologiyası nəticəsində Ermənistan öz tarixinin ən böyük faciəsini yaşadı, Azərbaycan isə öz ərazi bütövlüyünü bərpa edərək ən böyük qələbəsini qazandı. Bu baxımdan, Paşinyanın irəli sürdüyü “Dördüncü Respublika” konsepsiyası sülh, qarşılıqlı hörmət və əməkdaşlıq prinsiplərinə əsaslanan yeni bir siyasi mərhələ kimi dəyərləndirilə bilər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Paşinyan Azərbaycanla sülhü 2031-ci ilə saxlayır
12:23 15.10.2026
Gündəm
Azərbaycanda “Rəqəmsal rabitə” informasiya sistemi yaradılır
12:20 15.10.2026
Gündəm
İlham Əliyev: Laosun AQEM-ə üzvlüyünü yüksək qiymətləndiririk
12:19 15.10.2026
Gündəm
İshaq Dar Bakıda olan Hakan Fidana zəng etdi
11:38 15.10.2026
Dünya
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir
11:35 15.10.2026
Gündəm
Ukrayna Voronejdə hərbi aerodrumu vurdu
11:21 15.10.2026
Dünya
Azərbaycanda bəzi xidmət haqları iki dəfə azaldılır
10:57 15.10.2026
Sosial
Brüsseldə keçiriləcək Aİ sammitində büdcədə irəliləyiş gözlənilmir
10:55 15.10.2026
Gündəm
Makaronun süzdükdən sonra suyunu tökməyin
10:47 15.10.2026
Sosial
ABŞ İrana "bombaların anası" ilə zərbə endirəcək
10:35 15.10.2026
Dünya
Hollivud ulduzu zorakılıq iddiasına cavab verib
10:20 15.10.2026
Şou
Meloni ABŞ-Rusiya dizel razılaşmasını riskli adlandırıb
10:14 15.10.2026
Gündəm
Bakıda Azərbaycan və İtaliya hərbçilərinin ekspert görüşü keçirilib
10:11 15.10.2026
Hərbi
Tramp: Mediaya məlumat sızdıran məmurlar güllələnməlidir
09:59 15.10.2026
Gündəm