
Paşinyana təyziq artır! - Ermənistanın xilas yolu...
Yusif Nəzərli
00:28 13.06.2023
Siyasət
551
Paşinyanın doğru siyasəti hədəf seçilib
Separatçılar və rusiyalı dairələr Baş nazirin Azərbaycan və Türkiyə ilə normallaşma siyasətinə qarşı çıxırlar
Ermənistan Baş naziri Nikol Paşinyan yaxın günlərdə 44 günlük müharibə ilə bağlı təhqiqat komissiyasında canlı məruzə ilə çıxış edəcək. Erməni mediasında bu məsələ ciddi müzakirə olunmaqdadır. Əksər ekspertlərə görə, Paşinyan biabırçı məğlubiyətə, müharibənin başlanmasına görə daxili və xarici oyunçuları günahlandıracaq. Politoloq Suren Surenyants da deyib ki, baş nazirin üç əsas hədəfi var: - keçmiş hakimiyyət, ordu və Rusiya. Onun sözlərinə görə, halbuki 44 günlük müharibəyə səbəb Paşinyan müharibədən əvvəl sərt ritorikası ilə Bakını qıcıqlandırması oldu. Qeyd edib ki, Ermənistanın alçaldılması Paşinyan hakimiyyəti davam etdikcə gündəmdə olacaq: "Alçaldıcı məğlubiyyət onun nəticəsidir ki, müharibə günlərində Nikol özünü dövlət xadimi kimi aparmırdı, daxili siyasi merkantil maraqlarını rəhbər tutmuşdu. Ermənistanın alçaldılması Paşinyan hakimiyyəti davam etdikcə gündəmdə olacaq. Amma hakimiyyət əbəs yerə ümid edir ki, məsuliyyətdən sonadək yayınacaq”. Əslində Ermənistanda bənzər proseslər uzun zamandır gedir. Bəzi ekspertlərə görə, təhqiqat komissiyalarının ortaya atılması, revanşistlərlə, Rusiyaya bağlı güclərlə Paşinyanın qarşıdurması, bir-birini günahkar çıxarma cəhdləri Azərbaycan-Ermənistan arasındakı sülh danışıqlarına, bu istiqamətdə aparılan müzakirələrə mənfi təsir göstərir. Daxildəki gərgin proseslər İrəvan hökumətinə sərbəst addım atmaq imkanı vermir.

Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini, politoloq Samir Əsədli "Sherg.az"a açıqlamasında bildirib ki, hazırda Ermənistan siyasətində bölgədə yaranan yeni hərbi-siyasi vəziyyətin şərtlərini yaxşı qavrayan, Azərbaycan və Türkiyə ilə normallaşmanı təmin etmənin erməni milli maraqları baxımından qaçılmaz zərurətə çevrildiyini görən yeganə insan Baş nazir Nikol Paşinyandır. Partiya təmsilçisinin sözlərinə görə, Paşinyanın sülh danışıqları istiqamətində cəhdləri keçmiş prezident, Xocalı soyqırımının təşkilatçılarından biri olan Robert Koçaryan başda olmaqla revanşist qüvvələr tərəfindən süngü ilə qarşılanmaqdadı: "Xankəndidəki erməni separatçılarının sözdə lideri Araik Arutyunyan da Qarabağ ermənilərinin Azərbaycanın tərkibində yaşamaq istəmədiklərini bildirməkdə, elan etdikləri “Artsax” adlı qondarma dövlətin "varlığından" bəhs etməkdədir. Rusiya sülhməramlı qüvvələrinin arxasına sığınan Araik Ermənistanın daxili siyasətinə və Moskvadakı bəzi dairələrin əlinə oynamağa davam edir. Daha çox hərbi canilərin toplaşdığı revanşistlər Nikol Paşinyana qarşı mümkün təzyiq vasitələrindən maksimum yararlanmağa çalışırlar. Onlar Paşinyanın Azərbaycan və Türkiyə ilə bağlı apardığı siyasəti hədəfə çeviriblər. Ermənistan parlamentində yaşanan son olaylar da bunun bariz təsdiqidir".
S.Əsədli vurğulayıb ki, indiki iqtidar Ermənistanın xilasını Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşmasında görür: "Müxalifət isə əslində heç bir konsepsiya olmadan Paşinyan hakimiyyətini satqınlıqda, xəyanətdə ittiham edir. Göründüyü kimi, erməni revanşistlərinin təxribat cəhdlərinin arxasında bu ölkənin hakimiyyət hərislərinin fəaliyyəti dayanır. Müharibədəki məğlubiyyəti bəhanə edib Paşinyana qarşı çıxanların niyyəti dövlətçilik naminə deyil, Paşinyan hakimiyyətinin devrilməsi məqsədindən irəli gəlir. Amma gözüaçıq cəmiyyət tam olaraq anlayır ki, bu etirazların arxasında duran sarkisyançıların və koçaryançıların əsas niyyəti yenidən vəzifəyə sahiblənməkdir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Mən pedofil deyiləm” – Donald Tramp
03:39 28.04.2026
Maraqlı
Hər gün duş almaq saçları uzadar?
03:00 28.04.2026
Sağlamlıq
Cici Hadidə sevgilisindən maraqlı hədiyyə
02:22 28.04.2026
Şou
Marvelin ssenaristi vəfat etdi
01:46 28.04.2026
Mədəniyyət
İsrail səfiri Ukrayna Xarici İşlər Nazirliyinə çağırıldı
01:17 28.04.2026
Dünya
"Fənərbaxça"nın baş məşqçisi Tedesko istefaya göndərilib
00:06 28.04.2026
Futbol
Rubio İranla razılaşmaya mane olan qüvvələrin adlarını sadalayıb
23:44 27.04.2026
Gündəm
Azərbaycan müdafiə naziri İtaliyaya rəsmi səfər edib
23:22 27.04.2026
Hərbi
KİV: NATO illik sammitlərdən imtina edə bilər
22:59 27.04.2026
Dünya
Tramp İranla bağlı məsləhətləşmələr aparacaq
21:42 27.04.2026
Dünya
Əraqçi ilə Putinin görüşü saat yarımdan çox davam edib
20:20 27.04.2026
Region
Premyer Liqa: "Turan Tovuz" "Zirə" ilə heç-heçə edib
20:04 27.04.2026
Futbol
Çexiyanın Baş naziri: Bugünkü forum əməkdaşlığımızı gücləndirəcək
19:55 27.04.2026
Siyasət