Pekresin Xankəndi səfəri:“Bu, bir siyasətçinin beynəlxalq hüquqa hörmətsizliyidir”
Yusif Nəzərli
15:59 27.12.2021
Siyasət
312
"Gələn ilin aprelində Fransada keçiriləcək prezident seçkiləri ilə bağlı namizədlərin marafonu manipulyativ gedişlərlə müşaiyət olunmaqdadır. Namizədlərin seçkiöncəsi Ermənistana səfərləri, bu azmış kimi Xankəndiyə edilən qanunsuz səfərlər də bunun göstəricisidir".
"Sherg.az" xəbər verir ki, bu barədə millət vəkili Könül Nurullayeva bildirib. Xanım parlamentari qeyd edib ki, namizədlərdən biri - Valeri Pekresin yerli ermənilərin səsini qazanmaq məqsədi ilə Xankəndinə səfəri isə birmənalı şəkildə qanun pozuntusudur:
"Bu, həm Azərbaycanın ərazi bötövlüyünə, həm də Fransanda prezident olmaq iddiasında bulunan bir siyasətçinin beynəlxalq hüquqa hörmətsizliyidir. Bu, siyasətçi yox, əsl populist davranşıdır.
Cənubi Qafqazda yeni reallıqların yarandığı, sülh və əməkdaşlıq üçün yeni imkanların olduğu bir vaxtda Fransadan bu cür mövqe sülh prosesini pozur. Prezident İlham Əliyev də dəfələrlə qeyd edib ki, istənilən ölkənin seçimləri, dostları və qeyri-dostları ola bilər. Bu, onların öz işidir və burada biz heç nə deyə bilmərik. Lakin bir ölkə vasitəçi olması ilə bağlı ATƏT-in mandatına sahibdirsə, bu halda ölkə bitərəf olmalıdır. Biz 44 günlük Vətən Müharibəsi zamanı da Fransanın tərəf seçdiyini gördük. Dəfələrlə Fransa tərəfdən qondarma status və ya muxtariyyətlə bağlı əsassız iddialar səsləndi. Halbuki artıq Paşinyan istər Soçi, istərsə də Brüssel görüşlərində status məsələsinə toxunmamaqla yeni reallığı qəbul etdiyini təsdiqləmişdi. Bununla paralel olaraq bu cür üzdəniraq səfərlərə də imkan yaratmaqla isə növbəti ziddiyyətli addım atır. Aydındır ki, bu cür ziddiyyətli mövqe Paşinyanın necə deyərlər, köhnə adətidir. Yeri gəlmişkən, bu cür qanunsuz səfərlərdə təbii ki, Rusiya sülhməramlılarının məsuliyyəti məsələsi gündəmə gəlir. Onlar öz mandatlarının məsuliyyətini dərk etməlidirlər. Gözləri qarşısında baş verən qeyri-qanuni məsələlər onların vəzifələrinə uyğun fəaliyyət göstərmədiyi təəssüratını yaradır".
Oxşar xəbərlər
Paşinyan Rusiya və Avropa İttifaqı arasında həssas tarazlığı qorumağa çalışır - ŞƏRH
20:58 27.07.2026
Prezidentin Naxçıvan üzrə səlahiyyətli nümayəndəliyi vahid indekslər siyahısına əlavə edildi
15:12 27.07.2026
Xəbər lenti
Hamısına bax
Avqustda 4 bürcə pul gələcək
08:20 28.07.2026
Cəmiyyət
Toy bitdi, iş başladı
07:51 28.07.2026
Şou
İran Ukraynanı hansı raketlərlə vura bilər? - DE
06:42 28.07.2026
Aktual
Afrikada xroniki aclıqdan əziyyət çəkənlərin sayı 309 milyonu ötüb
06:06 28.07.2026
Dünya
Onlar baş rol olacaq
04:44 28.07.2026
Şou
Dodaqlar niyə qaralır? - Səbəbi budur
04:04 28.07.2026
Sağlamlıq
Rusiya dəniz yollarını bağlamağa çalışır - Zelenski
02:52 28.07.2026
Aktual
Tramp: ABŞ-İran danışıqları dostluq şəraitində keçir
01:21 28.07.2026
Gündəm
"Facebook"un işində nasazlıq yarandı
00:35 28.07.2026
Texnologiya
BMT təsdiqlədi: Ukrayna müharibəsi başlayandan bəri...
23:57 27.07.2026
Dünya
Mədəniyyət naziri Anarla görüşüb
23:35 27.07.2026
Mədəniyyət
Türkiyədə məşhurların narkotik analiz nəticələri məlum oldu
22:30 27.07.2026
Şou
Qazaxıstan Qara dəniz vasitəsilə neft ixracını bərpa etdi
21:58 27.07.2026
Region
Tramp: "Mən olmasaydım, İsrail məhv olardı"
21:44 27.07.2026
Dünya
Tramp: Heç kim ABŞ-a Türkiyəyə nə satacağını diktə edə bilməz
21:11 27.07.2026
Dünya
Livan Prezidenti İsraili müqavilə şərtlərini pozmaqda ittiham etdi
20:56 27.07.2026
Dünya