Pezeşkian: Trampın təhdidləri bizə təsir eləmir

“ABŞ-nin İrana qarşı təhdidlər və təzyiqləri təsirsizdir və vəziyyəti daha da ağırlaşdırır”.

Teleqraf xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian fransalı həmkarı Emmanuel Makronla telefon danışığı zamanı deyib.

“Təhdidlərə, təzyiqə və hərbi əməliyyatlara əsaslanan yanaşma təsirsizdir və yalnız vəziyyəti çətinləşdirir, Amerikanın özü tərəfindən yaradılan problemləri daha da ağırlaşdırır”, - o qeyd edib.

Pezeşkian əlavə edib ki, Avropa ABŞ-ni İranla beynəlxalq normalar çərçivəsində danışıqlar aparmağa təşviq edə, bununla da böhranın həllində konstruktiv rol oynaya bilər:

“Tehran İran xalqının hüquqlarını qorumaq üçün danışıqları yalnız beynəlxalq norma və qaydalar çərçivəsində davam etdirməyə hazırdır. Avropa ABŞ-ni bu normalara riayət etməyə təşviq etməkdə konstruktiv rol oynaya bilər”.

İran Prezidenti iddia edib ki, ekspertlər səviyyəsində əldə edilən razılaşmalara baxmayaraq, ölkələr arasında razılaşmanın əldə edilməsinə mane olan məhz Donald Tramp həddindən artıq tələbləri və siyasi iradəsinin olmamasıdır.