
Politoloq: 2026-cı ildə sülh sazişinin reallaşması gözlənilir
13:49 22.10.2025
Siyasət
442
Azərbaycan-Ermənistan sülh sazişi demək olar hazırdır, son məqamlar qalıb.
Bunu Azərbaycanın Baş naziri Əli Əsədov V Tbilisi İpək Yolu Forumunda deyib. Onun sözlərinə görə, hər iki tərəf bu istiqamətdə hazırlaşır.
“Vaxtı-zamanı gələndə sülh imzalanacaq”, – Əli Əsədov qeyd edib.
Xatırladaq ki, son aylarda Azərbaycan və Ermənistan arasında birbaşa təmaslar intensivləşib. Tərəflər müxtəlif beynəlxalq platformalarda görüşlər keçirir və danışıqları davam etdirirlər.
Qeyd edək ki, sülh sazişinin imzalanması Cənubi Qafqazda yeni təhlükəsizlik və əməkdaşlıq mərhələsinin başlanğıcı kimi qiymətləndirilir.
Politoloq Turan Rzayev Sherg.az-a bildirib ki, Vaşinqtonda paraflanan sənəd Azərbaycan və Ermənistan arasında sülh sazişinin hazır olduğunun göstəricilərindən biridir:

"Həmin görüşdən sonra iki ölkə arasında təmaslar birbaşa davam edir. Paralel olaraq Azərbaycan Prezidenti və Ermənistan Baş naziri müxtəlif platformalarda bir araya gəlir, ikitərəfli danışıqlar aparırlar. Maraqlıdır ki, bu danışıqlar vasitəçi və xarici müdaxilə olmadan, tamamilə təbii formatda keçirilir. Bu isə ölkələr arasındakı problemlərin 90 faizinin artıq həll olunduğunu göstərir. Azərbaycan, yəqin ki, Ermənistanda qarşıdan gələn seçkiləri gözləyir. Seçkilərdən sonra Baş nazir Nikol Paşinyan vəzifəsində qalarsa, Konstitusiyanı dəyişəcək. Konstitusiyadan Azərbaycana və qonşu ölkələrə qarşı ərazi iddialarını əks etdirən maddələr çıxarıldıqdan sonra 2026-cı ildən etibarən sülh sazişinin imzalanacağını söyləmək mümkündür. Yəni, 2026-cı ildə sülh sazişinin reallaşması gözlənilir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Əhaliyə xəbərdarlıq: Bu gündən başlayır, 2 gün davam edəcək...
13:54 15.10.2026
Ekologiya
Paşinyan: Ermənistanın Rusiya ilə münasibətləri heç vaxt soyumayıb
13:29 15.10.2026
Dünya
Husilər Mədinəyə hücum etdilər
13:27 15.10.2026
Dünya
Tacikistan Prezidenti AQEM-də bir sıra təkliflərlə çıxış edib
13:26 15.10.2026
Gündəm
Paşinyanın sülh mükafatı kimi aldığı pul bank hesabına köçürüləcək
13:11 15.10.2026
Gündəm
Paşinyan Azərbaycanla sülhü 2031-ci ilə saxlayır
12:23 15.10.2026
Gündəm
Azərbaycanda “Rəqəmsal rabitə” informasiya sistemi yaradılır
12:20 15.10.2026
Gündəm
İlham Əliyev: Laosun AQEM-ə üzvlüyünü yüksək qiymətləndiririk
12:19 15.10.2026
Gündəm
İshaq Dar Bakıda olan Hakan Fidana zəng etdi
11:38 15.10.2026
Dünya
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir
11:35 15.10.2026
Gündəm
Ukrayna Voronejdə hərbi aerodrumu vurdu
11:21 15.10.2026
Dünya
Azərbaycanda bəzi xidmət haqları iki dəfə azaldılır
10:57 15.10.2026
Sosial