
Politoloq: ATƏT-in fəaliyyəti demək olar ki, sıfıra bərabər idi
10:28 14.10.2025
Siyasət
353
ATƏT-in Minsk qrupu ilə bağlı strukturlar dekabrın 1-dən gec olmayaraq bağlanacaq.
Bunu ATƏT-in fəaliyyətdə olan sədri, Finlandiyanın xarici işlər naziri Elina Valtonen İrəvanda Ermənistan XİN rəhbəri Ararat Mirzoyanla birgə mətbuat konfransında bildirib.
O, ATƏT-in Ermənistanda və bütün regionda sülhü dəstəkləməyə hazır olduğunu qeyd edib.
Elina Valtonen Azərbaycan və Ermənistanın iki ölkə arasında fikir ayrılıqlarının nizamlanması ilə məşğul olan bu mexanizmin ləğvinə dair birgə qərarını alqışlayıb.
O, həmçinin Ermənistan və Azərbaycanın qrupun fəaliyyətinə xitam verilməsi ilə bağlı birgə müraciətini bəyəndiyini də ifadə edib və prosesin müəyyən olunmuş müddət ərzində tam başa çatdırılacağına ümid etdiyini bildirib.
Politoloq Kazım Kazımov Sherg.az-a bildirib ki, ATƏT, fəaliyyətdə olduğu müddət ərzində proseslərdə çox passiv şəkildə iştirak edib:

"Həm Birinci Qarabağ müharibəsi, həm post-müharibə dövrü, həm də Vətən müharibəsi zamanı ATƏT-in fəaliyyəti demək olar ki, sıfıra bərabər idi. Azərbaycan torpaqları işğal altındaydı, ərazimizin 20 faizi itirilmişdi, dövlətimizin suveren hüquqları və ərazi bütövlüyü pozulmuşdu. BMT-nin bu məsələ ilə bağlı müvafiq qətnamələri olsa da, onların icrası baxımından ATƏT heç bir real addım atmadı. Sadəcə, uzun və nəticəsiz danışıqlar aparılır, masa arxasında görüşlər keçirilirdi, lakin real vəziyyətdə heç bir dəyişiklik baş vermirdi. Yalnız Azərbaycan Ordusunun rəşadətli döyüşləri nəticəsində torpaqlarımız işğaldan azad edildi. Məhz bundan sonra Cənab Prezident İlham Əliyev çox qısa müddət ərzində ATƏT-in Minsk qrupunun fəaliyyətsizliyini açıq şəkildə vurğuladı və onların fəaliyyətinə artıq ehtiyac qalmadığını bildirdi. Əslində, bu qurum üçün ən doğru mövqe bundan sonra da əvvəlki kimi passiv qalmaqdır. Çünki münaqişə başa çatıb və artıq sual olunur: ATƏT hansı sülhü qoruyacaq? Bu gün Azərbaycan özü sülh quruculuğu prosesini uğurla həyata keçirir. Son illər ərzində keçirilən görüşlər, atılan addımlar da bunun aydın göstəricisidir. Rəsmi Bakı bu gün Ermənistanla ikitərəfli danışıqları prioritet sayır və bu yanaşma bütün digər variantlardan daha səmərəli hesab olunur".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tuskdan Zelenskiyə: Siz tək deyilsiniz!
18:20 15.10.2026
Dünya
Səidə Mirziyoyeva Ərdoğanla görüşdü
17:50 15.10.2026
Gündəm
Paşinyan sülh sazişini bilərəkdən uzadır - ŞƏRH
17:36 15.10.2026
Gündəm
Gürcüstan müxalifəti etiraz aksiyaları elan edib
17:19 15.10.2026
Region
Kobaxidze Ermənistana səfər edib
17:13 15.10.2026
Gündəm
Onlar Mətbuat Şurasından gedir
17:07 15.10.2026
Media
Azərbaycan-Türkiyə qardaşlığını heç kim poza bilməz - TƏHLİL
16:42 15.10.2026
Gündəm
DTX tərəfindən saxlanılan Saleh Səmədova hökm oxunub
16:17 15.10.2026
Hadisə
3+3 formatında növbəti görüş Azərbaycanda keçirilə bilər
16:03 15.10.2026
Gündəm
İlham Əliyev Hakan Fidanı qəbul etdi
15:50 15.10.2026
Gündəm
Fransa yenə də Ermənistanın arxasındadır - Politoloq
15:29 15.10.2026
Gündəm
"Novaya Qazeta" qəzetinin baş redaktorunun evində axtarış aparılır
14:39 15.10.2026
Dünya