
Politoloq: Rusiya Ermənistanın nazı ilə hələ çox oynayacaq
09:07 21.06.2024
Siyasət
321
Erməni lobbisi Rusiyada o qədər güclüdür ki, Moskva Ermənistana qarşı çıxa bilmir
Məlum olduğu kimi, Ermənistan Baş naziri Nikol Paşinyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından çıxacaqlarını bəyan edib. Paşinyan bununla bağlı hökumətin qərar verəcəyini söyləyib. Baş nazirin sözlərinə görə, KTMT-yə üzvlük dondurulduqdan sonra növbəti məntiqi addım Ermənistanın bu təşkilatdan çıxması olacaq. Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov isə deyib ki, Moskva Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı ilə bağlı mövqeyinə aydınlıq gətirməyə çalışacaq və bunun üçün rəsmi İrəvanla işi davam etdirəcək. Peskovun sözlərinə görə, rəsmi Moskva İrəvanla münasibətlərin tərəfdaşlıq mühitində davam etdiriləcəyinə ümidvardır.
AĞ Partiya sədrinin müavini Əhəd Məmmədli "Sherg.az"a açıqlamasında bildirib ki, Rusiya digər postsovet ölkələri ilə müqayisədə Ermənistana daha dözümlü yanaşır. Ekspert vurğulayıb ki, Rusiya Ukrayna, Gürcüstan, Qazaxıstan, o cümlədən Azərbaycanda baş verənlərə dözümsüz yanaşır, dərhal açıqlamalar verir, müdaxilə edir və s. Amma Ermənistana münasibətdə çox səbirli, təmkinli yanaşırlar:

"Elə bil Moskva nədənsə çəkinir. Erməni lobbisi Rusiyada o qədər güclüdür ki, Moskva Ermənistana qarşı çıxa bilmir. Sadəcə sərt bəyanatlar verirlər, adətən də XİN sözçüsü Mariya Zaxarova danışır, İrəvanı yüngülvari ittiham edir, vəssalam. Ancaq görünən odur ki, Ermənistan da addım-addım Rusiyadan uzaqlaşır. İrəvan KTMT-dən çıxacağını deyir, erməni rəsmilər Buçaya səfər edir və s. Paşinyan bunları özbaşına etmir. Paşinyan Avropa və ABŞ-dən aldığı tapşırıqları icra edir. Qərb isə hətta erməniləri qurban etmək bahasına Ermənistanı Rusiyanın orbitindən çıxarmağı qarşısına əsas hədəf qoyub. Məqsəd həm də Rusiyanı Cənubi Qafqazdan uzaqlaşdırmaqdır. Təbii ki, İrəvan hökuməti Kremlin damarına daha çox basarsa, "qırmızı xətti" keçərsə, Rusiya sərt tədbirlər görməyə başlayar. Görünür, hələlik Ermənistandan özünə qarşı ciddi təhlükə hiss etmir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Boğazında yemək qalan şagird manevrası ilə xilas edildi
21:34 11.04.2026
Hadisə
Özgür Özəl hakimiyyəti dəyişmək üçün seçki çağırışı edib.
21:18 11.04.2026
Gündəm
Tramp: Hörmüz boğazı tezliklə gəmiçilik üçün açılacaq
20:55 11.04.2026
Dünya
Faciəvi qəza: Ana övladlarını qorumaq üçün canından keçdi
20:52 11.04.2026
Hadisə
Çin Tayvan üçün "yumşaq güc" kartını açdı – ŞƏRH
20:41 11.04.2026
Gündəm
Cey Di Vens və Cared Kuşner İran rəhbərliyi ilə üzbəüz görüşdü
19:53 11.04.2026
Dünya
Kürd siyasətçi İraqın yeni prezidenti seçilib
19:17 11.04.2026
Dünya
Türkiyədə 4,8 bal gücündə zəlzələ olub
18:50 11.04.2026
Hadisə
17 yaşlı şübhəli üçün 126 ilə qədər həbs istənilir
17:56 11.04.2026
Hadisə
Abşeronda ölüm hadisəsi baş verdi
17:51 11.04.2026
Hadisə
Ağdamda tikintidə ölüm hadisəsi baş verib
17:25 11.04.2026
Hadisə
Tərtərdə kanalda batan 7 yaşlı uşağın meyiti tapılıb - YENİLƏNİB
17:23 11.04.2026
Hadisə
ABŞ-İran danışıqları başladı - YENİLƏNDİ
17:19 11.04.2026
Dünya
Güclü külək əsəcək - XƏBƏRDARLIQ
16:59 11.04.2026
Ekologiya