Prezident: Ermənistanın Konstitusiyası dəyişilməlidir, Azərbaycana qarşı ərazi iddiası aradan qaldırılmalıdır
Yusif Nəzərli
15:39 19.07.2025
Siyasət
317
"Əbu-Dabi görüşü haqqında İrəvandan verilən bəyanatları eşitdim. Mən onlarla tanış oldum. Olduqca müsbət idi".
Sherg.az xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşündə səsləndirib.
Dövlət başçısı deyib: "Baş nazir Paşinyanın dediklərini eşitdim ki, Qarabağı Azərbaycanın tərkib hissəsi qəbul etmək çoxdan lazım idi. Mən ona 2019-cu ildə də bunu dedim. Mən ona xəbərdarlıq edirdim ki, sizin üçün pis olacaq. Ancaq onlar nə etdi? Bunun qarşılığında bu binadan çıxanda sola getsəniz və yenə sola baxsanız, orada futbol stadionu görəcəksiniz, hazırda bərpa olunur. Həmin stadion 1950-ci illərdə inşa edilib. O bilirsiniz kimin adına idi? O stadion Stalinin adını daşıyırdı. Həmin Stalin adına stadionda həmin bu Baş nazir Paşinyan, hansı ki, indi bəyan edir ki, biz çoxdan Qarabağın Azərbaycanın tərkib hissəsi olmasını çoxdan qəbul etməli idik, 2019-cu ildə bu stadionda böyük mitinqdə dedi ki, Qarabağ Ermənistandır və nöqtə. Bununla da təbii ki, özü öz həyatı ilə bağlı bir sənədə imza atdı. Yəni mən bilirəm ki, Şuşada Cıdır düzündə nələr baş verirdi və ya dediyim kimi burada qondarma parlament binası var idi, qondarma parlament. Baş nazir Paşinyanın qərarı ilə parlament Şuşa şəhərinə keçirildi, orada artıq inşaat da başlandı. Mən bura gələrkən həmin binanın qarşısında xalqa müraciət etdim, biz onu yerlə-yeksan etdik. Bu gün onun yerində bilirsiniz nə yerləşir? Şuşa mehmanxanası. Sizin qaldığınız mehmanxana. Budur tarix. Bu gün isə biz artıq bizə məxsus olanı qaytardıqdan sonra artıq hər kəs bu faktla barışıb. Bu gün mən ciddi ziddiyyət görmürəm. Lakin erməni həmkarımla uzun müzakirələr zamanı toxunduğumuz mövzu o oldu ki, tərəflər arasında etimadın səviyyəsi çox aşağıdır. Bu tamamilə anlaşılandır".
Prezident vurğulayıb ki, bizim mövqeyimiz heç vaxt dəyişməyib: "2003-cü ildə mən deyirdim ki, Qarabağ Azərbaycandır, bu bizim torpaqdır. 22 il ərzində də mən eyni sözü deyirdim. Bu gün də bunu deyirəm. Ancaq Ermənistanın mövqeyi dəyişirdi. Və kim zəmanət verir ki, yenidən bu mövqe dəyişməyəcək? Kim verə bilər o zəmanəti? Bu şüurun təkamülünü nəzərə alanda, ona görə məndə belə bir zəmanət yoxdur. Beynəlxalq səviyyəli sənədlər olmalıdır, normalar olmalıdır. Mən Əbu-Dabidə dedim ki, bu dəmir beton qədər möhkəm vədlər və normalar olmalıdır ki, seperatçılığın kökü kəsilsin. Bunun üçün məntiq sadədir. Minsk Qrupu ləğv edilməlidir. Ermənistan hesab edirsə ki, Qarabağ münaqişəsi həll edilib, deməli Minsk Qrupu buraxılmalıdır. Bunun üçün növbəti şərt Ermənistanın Konstitusiyası dəyişilməlidir, orada Azərbaycana qarşı olan ərazi iddiası aradan qaldırılmalıdır. Bununla da mən başqa problem görmürəm, bu gün sülh müqaviləsinin mətni artıq razılaşdırılıb. Onun paraflanması ideyası yenə də Azərbaycan tərəfindən irəli sürülüb. Biz buna şərh vermədik Əbu Dabidə. Biz hesab edirik ki, nəticələrə dair birgə bəyanat verdik, bunu şərh etməyə ehtiyac yoxdur. Ancaq Ermənistan tərəfi ənənəvi olaraq əlavə şərhlər verməyə başladı. Bir balaca təfərrüatı açıqladı. Mən ötən görüşümdə də bunu dedim. Ermənistan öz həyatını yaşasın, biz isə öz həyatımızı yaşayaq. Və tədricən ola bilər ki, Cənubi Qafqazda yaxşı-pis münasib şərait yarana bilər ki, iki ölkə hər hansı əməkdaşlığı müzakirə edə bilsin".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Maykl” filmi qlobal kassada rekord qırdı
20:24 29.06.2026
Şou
Ermənistanda bəzi qüvvələr Rusiyanı ləkələyir - Qaluzin
20:00 29.06.2026
Region
Nazir: Kibertəhlükəsizlik istiqamətləri 58 təşəbbüsü əhatə edir
19:53 29.06.2026
Siyasət
Nağd pul dövrü bitir: Naxçıvan rəqəmsal nəqliyyata keçir
19:36 29.06.2026
Ölkə
“Fənərbağça” Qrinvud üçün rəsmi təklif göndərdi
19:12 29.06.2026
Futbol
“Mançester Siti”nin yeni baş məşqçisi məlum olub
18:53 29.06.2026
Futbol
AFFA İcraiyyə Komitəsinin növbəti iclası keçirilib
18:37 29.06.2026
Futbol
Yaxın Şərqdə sülh hələ çox uzaqdadır - Politoloq
18:18 29.06.2026
Gündəm
Türkiyə Prezidenti Almaniya Kansleri ilə telefon danışığı aparıb
17:59 29.06.2026
Gündəm
Türk dünyasının gələcəyi Bakıda yazılır - Türkoloq
17:39 29.06.2026
Gündəm
Almaniyada silahlı hücum: Çox sayda ölən və yaralanan var
17:35 29.06.2026
Hadisə