Prezident: Ermənistanın tranzit ölkəyə çevrilməsi şansı sıfıra düşür
Yusif Nəzərli
13:57 19.07.2025
Siyasət
311
Bizim regionumuzda geosiyasi vəziyyət də dəyişir. Bir halda ki, digər tranzit yollar daha faydalı yola çevrilir. Bütün bu potensiala baxdıqda biz Zəngəzur dəhlizinin potensialını ilkin mərhələdə 15 milyon ton yük səviyyəsində qiymətləndiririk.
Sherg.az xəbər verir ki, bunu Prezident İlham Əliyev 3-cü Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşündə deyib.
Prezident deyib ki, biz həmçinin, dəmiryolu layihəsinin başa çatdırılması ilə məşğuluq: “Bu bizim Ermənistanla və İranla olan sərhədimizdə baş verir və gələn ilin yazında həmin dəmiryolunun Azərbaycan hissəsinin tikintisi başa çatdırılacaq. Ermənistan ərazisində olan hissəyə gəldikdə, yeri gəlmişkən, sovet vaxtında bu dəmir yolu Azərbaycan dəmir yolunun ayrılmaz bir hissəsi idi. Və bu Ermənistanın dəmir yolu strukturuna aid deyildi. Çünki onun Ermənistanın dəmiryolu şəbəkəsi ilə hər hansı bir bağlılığı yox idi. Ona görə Zəngəzur dəhlizinin əslində açılması ilə biz Şimal-Cənub marşrutunun digər bir vektorunu açacağıq. Ermənistan Zəngəzur dəhlizi ilə bağlı 5 ildir heç nə etməyib. Ermənistan tərəfində bu iş bilərəkdən gündəlikdən çıxarılır. Belə çıxır ki, Ermənistanın tranzit ölkəyə çevrilmə şansları sıfıra gedir. Əgər bundan sonra da bu prosesi bloklaşdıracaqlarsa, düşünürəm ki, onlar nəinki nəqliyyat baxımından elə bugünkü təcrid olunmuş vəziyyətdə qalacaqlar, o cümlədən həm də siyasi təcrid olunmuş vəziyyətə düşəcəklər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Maykl” filmi qlobal kassada rekord qırdı
20:24 29.06.2026
Şou
Ermənistanda bəzi qüvvələr Rusiyanı ləkələyir - Qaluzin
20:00 29.06.2026
Region
Nazir: Kibertəhlükəsizlik istiqamətləri 58 təşəbbüsü əhatə edir
19:53 29.06.2026
Siyasət
Nağd pul dövrü bitir: Naxçıvan rəqəmsal nəqliyyata keçir
19:36 29.06.2026
Ölkə
“Fənərbağça” Qrinvud üçün rəsmi təklif göndərdi
19:12 29.06.2026
Futbol
“Mançester Siti”nin yeni baş məşqçisi məlum olub
18:53 29.06.2026
Futbol
AFFA İcraiyyə Komitəsinin növbəti iclası keçirilib
18:37 29.06.2026
Futbol
Yaxın Şərqdə sülh hələ çox uzaqdadır - Politoloq
18:18 29.06.2026
Gündəm
Türkiyə Prezidenti Almaniya Kansleri ilə telefon danışığı aparıb
17:59 29.06.2026
Gündəm
Türk dünyasının gələcəyi Bakıda yazılır - Türkoloq
17:39 29.06.2026
Gündəm
Almaniyada silahlı hücum: Çox sayda ölən və yaralanan var
17:35 29.06.2026
Hadisə