
Qafarova ilə Simonyan arasındakı görüşlər proseslerə təsir gücünə malik deyil -POLİTOLOQ
Yusif Nəzərli
06:32 22.10.2025
Siyasət
584
Yekun qərarı İlham Əliyevlə Nikol Paşinyan verir
Cenevrədə Parlamentlərarası İttifaqın 151-ci Assambleyası çərçivəsində Azərbaycan və Ermənistan parlament sədrlərinin ikitərəfli görüşü keçirilib.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin məlumatına görə, aparılan müzakirələrdə spikerlər Vaşinqton sammitində əldə olunmuş razılaşmaları və münasibətlərin normallaşması üzrə görülən tədbirləri alqışlayıblar.
Spikerlər konstruktiv dialoqun davam etdirilməsinin vacibliyini qeyd edərək, parlamentlər səviyyəsində etimadın möhkəmləndirilməsi tədbirlərini dəstəkləməyə hazır olduqlarını bildiriblər.
Ermənistan parlamentinin Cenevrədə iki ölkənin parlament rəhbərləri arasında keçirilən görüşün yekunlarına dair bəyanatında isə bildirilib ki, Azərbaycan və Ermənistan parlamentlərinin spikerləri Sahibə Qafarova və Alen Simonyan konstruktiv dialoqu davam etdirməyə hazırdır: “Simonyan və Qafarova qanunvericilik səviyyəsində etimadın möhkəmləndirilməsi tədbirlərini dəstəkləməyə hazır olduqlarını bildirib. Müzakirə zamanı spikerlər Vaşinqton sammitində əldə olunan razılaşmaları, eləcə də münasibətlərin normallaşması istiqamətində atılan addımları alqışlayıb”.
Spikerlərin Cenevrə görüşünü dəyərləndirən siyasi ekspertlərin fikrincə, Azərbaycan və Ermənistanın parlament sədrlərinin görüşü son aylarda iki ölkə arasındakı danışıqlarda artan müsbət dinamikanın tərkib hissəsidir.
Qeyd edilib ki, mütəmadi olaraq iki ölkənin lideri, xarici işlər nazirləri, baş nazirlərin müavinləri görüşüb, müxtəlif mövzuları müzakirə edirlərsə, parlament sədrlərinin də sülh danışıqlarına qoşulması əhəmiyyətlidir. Çünki sülh və ya çərçivə sazişi imzalanacaqsa, həmin sənəd parlamentlərdə müzakirə olunub ratifikasiya ediləcək.
Politoloq Sona Əliyeva Sherg.az-a açıqlamasında Cenevrədə Azərbaycan və Ermənistan parlament rəhbərlərinin görüşünün iki dövlət arasında dialoqun inkişaf etdirilməsi baxımından önəmli olduğunu bildirib:

“Tərəflər qısa görüşdə çox güman ki, iki ölkə arasındakı əlaqələrin gələcək inkişafı və sülh gündəliyi məsələlərini müzakirə edə bilərlər. Gündəlikdəki əsas məsələ isə Ermənistanla Azərbaycan arasındakı buzların əriməsi, ərazi iddiaları ilə bağlı referendum prosesinin yekunlaşdırılması, Zəngəzur dəhlizinin açılmasıdır. Düşünürəm ki, bu kimi görüşlərdə Bakı və Ankara öz mövqelərini bir daha dəqiqləşdirir, problemli nüanslar varsa, onlar ali rəhbərliyə çatdırılır. Qafarova və Simonyan arasındakı görüşlər fikrimcə, gələcək dialoqların davamı baxımından önəm kəsb edə bilər. Amma təsir gücünə malik görüşlər əsasən Prezident İlham Əliyevlə Baş nazir Nikol Paşinyan arasındakı dialoqlardır. Çünki yekun və həlledici qərarları onlar qəbul edirlər. Düşünürəm ki, gələn ilin sonuna qədər referendum məsələsi ilə yanaşı, sülh sazişi məsələsi də öz həllini tapacaq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ronaldu Portuqaliya-Özbəkistan matçının ən yaxşı oyunçusu oldu
00:21 24.06.2026
Futbol
Meloni: Trampla mübahisəni qızışdırmaq niyyətim yoxdur
00:00 24.06.2026
Dünya
Tramp: Livanda atəşkəsin reallığa çevriləcəyinə inanıram
23:44 23.06.2026
Dünya
ÜST: "Ebola virusu sürətlə yayılır"
22:59 23.06.2026
Sağlamlıq
Bu küçədə hərəkət qismən məhdudlaşdırılacaq
22:40 23.06.2026
İnfrastruktur
Ronaldo altı fərqli mundialda qol vuran ilk futbolçu olub
22:26 23.06.2026
Futbol
Oman Sultanlığı Şura Məclisinin sədri ölkəmizə səfərə gəlib
21:38 23.06.2026
Siyasət
İsmayıllıda bədbəxt hadisə: Traktorun altında qalan kişi öldü
21:27 23.06.2026
Hadisə
İran rəsmisi: ABŞ məhsullarını almaq məcburiyyətində deyilik
21:14 23.06.2026
Region
Ərdoğan Navrotski ilə görüşdü
21:01 23.06.2026
Gündəm
Putin: Rusiya Ukrayna ilə sülh danışıqlarına hazırdır
20:25 23.06.2026
Gündəm
Ağcabədidə itkin düşən qohumlar tapılıb - YENİLƏNİB
20:14 23.06.2026
Hadisə
ABŞ-nin İranın sərt tələblərinə dözməyinin səbəbi var - ŞƏRH
20:00 23.06.2026
Gündəm
Putin: Sülh danışıqları Ukraynanın təşəbbüsü ilə dayandırılıb
19:14 23.06.2026
Dünya