QARDAŞ DƏSTƏYİ... !
Fidan Həmişəyeva
09:42 13.07.2020
Siyasət
1243
“Türkiyə Xarici İşlər Nazirliyi sərhəddəki insidentdən dərhal sonra Azərbaycana tam dəstəyini ifadə etdi”
“...və Ermənistanın işğalçı siyasətini pisləyən bəyanat yaydı”
Türkiyə XİN Tovuz istiqamətindəki təxribatla əlaqədar olaraq Azərbaycana dəstəyini ifadə edib. Qardaş ölkə XİN-nin bəyanatında deyilir:
“Erməni silahlı qüvvələrinin Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətinə silahlı hücumlarını şiddətlə qınayırıq. Həyatını itirən Azərbaycanlı şəhidlər üçün dost və qardaş Azərbaycan xalqına və hökumətinə başsağlığı verir, yaralılara şəfa diləyirik”.
Bundan başqa, bəyanatda o da qeyd olunub ki, Ermənistanın təcavüzkar milliyyətçilik anlayışının yeni təzahürü olan bu hərəkətinə Azərbaycan tərəfindən layiqli cavab verilməsi təcavüzün cavabsız qalmadığının göstəricisidir:
“Ermənistanın beynəlxalq ictimaiyyətin diqqətini illərlə qanunsuz işğal etdiyi Azərbaycan torpağı olan Dağlıq Qarabağ və ətraf ərazisindən başqa yerlərə çəkmək və bu münaqişənin siyasi dialoq yolu ilə həllinə mane olmaq cəhdlər nəticəsiz qalmaqdadır.
Türkiyə bütün imkanları ilə Azərbaycanın ərazi bütövlüyünü qorumağa davam edəcək”.
Qardaş ölkənin dəstəyinə dair fikirlərini “Sherg.az”la bölüşən “Atlas” Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu söyləyib ki, son insident Rusiya ilə Türkiyənin Azərbaycan üçün fərqini bir daha ortaya qoydu:
“Türkiyə Xarici İşlər Nazirliyi sərhəddəki insidentdən dərhal sonra Azərbaycana tam dəstəyini və Ermənistanın işğalçı siyasətini pisləyən bəyanat yayıb. Sərhəddəki insidentdən sonra Ermənistanın müdafiə naziri isə Rusiyanın təyyarəçilərini qəbul edərək Ermənistan hərbi hava qüvvələrinə verdiyi dəstəklərə görə onlara minnətdarlığını bildirib. İrəvandakı görüşdə rusiyalı təyyarəçilərə medallar verilib.
Azərbaycan işğalla barışmayacaq. Ermənistanda bir-birini dəyişən hakimiyyətlər münaqişənin həlli üçün “mərhələli həll” planını qəbul etmirlər. Demək lokal toqquşmalar və genişmiqyaslı müharibə ehtimalı hər zaman yüksək qalacaq.
Bunun qarşısını nə Rusiyadan edilən telefon zəngləri, nə də həmsdərlərin ortamı yumşaltmaq üçün yaydıqları və yayacaqları bəyanatlar ala bilər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tuskdan Zelenskiyə: Siz tək deyilsiniz!
18:20 15.10.2026
Dünya
Səidə Mirziyoyeva Ərdoğanla görüşdü
17:50 15.10.2026
Gündəm
Paşinyan sülh sazişini bilərəkdən uzadır - ŞƏRH
17:36 15.10.2026
Gündəm
Gürcüstan müxalifəti etiraz aksiyaları elan edib
17:19 15.10.2026
Region
Kobaxidze Ermənistana səfər edib
17:13 15.10.2026
Gündəm
Onlar Mətbuat Şurasından gedir
17:07 15.10.2026
Media
Azərbaycan-Türkiyə qardaşlığını heç kim poza bilməz - TƏHLİL
16:42 15.10.2026
Gündəm
DTX tərəfindən saxlanılan Saleh Səmədova hökm oxunub
16:17 15.10.2026
Hadisə
3+3 formatında növbəti görüş Azərbaycanda keçirilə bilər
16:03 15.10.2026
Gündəm
İlham Əliyev Hakan Fidanı qəbul etdi
15:50 15.10.2026
Gündəm
Fransa yenə də Ermənistanın arxasındadır - Politoloq
15:29 15.10.2026
Gündəm
"Novaya Qazeta" qəzetinin baş redaktorunun evində axtarış aparılır
14:39 15.10.2026
Dünya