Qərb Çinin iqtisadi gücünü zəiflətməyə çalışır
Yusif Nəzərli
00:59 13.10.2023
Siyasət
554
Xarici bazarlara və texnologiyalara çıxış məhdudlaşıb
"Çin Vaşinqtonla münasibətləri normallaşdırmağa çalışsa da, hələ ki, bu alınmır". Bu barədə politoloq Elxan Şahinoğlu deyib.
Ekspert bildirib ki, Çin lideri Tsi Cinpin iyun ayında ABŞ dövlət katibi Antoni Blinkeni Pekində qəbul etmişdi. Bu görüş münasibətlərdə nisbi yumşalmağa yol açmalıydı:
"Çin rəsmiləri Blinkenlə münasibətlərin müxtəlif istiqamətlərini müzakirə etmişdilər. Ancaq bu səfərdən dərhal sonra ABŞ Prezidenti Cozef Bayden Tsi Cinpini diktator adlandırdı. Bununla da münasibətlər yenidən gərginləşdi. Pekin Vaşinqtonun “münasibətlərin normallaşması” vədlərinə inanmır. Buna baxmayaraq, Çin ABŞ ilə dialoqdan imtina etmir. Pekin Vaşinqtonun Çinə münasibətinin dəyişəcəyinə ümid edir. Buna rəğmən, Çin və ABŞ liderlərinin görüşü hələ ki, mümkün görünmür. Sonuncu dəfə iki ölkənin lideri ötən il İndoneziyada “böyük iyirmilərin” sammitində görüşmüşdülər".
Analitik vurğulayıb ki, liderlərin görüşü baş tutmadığına görə münasibətlərin normallaşması perspektivi yoxdur:
"Çin Xarici İşlər Nazirliyinin bəyanatında ABŞ “yalan imperiyası” adlandırılıb. Bu, Çin Xarici İşlər Nazirliyinin ABŞ Dövlət Departamentinin bəyanatına cavab idi. Dövlət Departamentinin bəyanatında bildirilirdi ki, Çin hər il dezinformasiyanın yayılmasına, xarici mediaların alınmasına və senzuranın güclənməsinə milyardlarla dollar xərcləyir. Pekin bu iddiaları qəbul etmir. Buna baxmayaraq, iki ölkə iqtisadi əlaqələrdən imtina etmirlər. Vaşinqton və Pekin bir-birinə qarşı münasibətdə gah qamçı, gah da kökə siyasətindən istifadə edirlər. “The Financial Times” dərgisi Çin-ABŞ münasibətlərinin gələcəyini Çinin iqtisadi artım tempinin azalması vəziyyətindən necə çıxacağı ilə əlaqələndirib. Çinin xarici bazarlara və texnologiyalara çıxışı məhdudlaşıb. Qərb ölkələri Çinin iqtisadi gücünü zəiflətməyə çalışırlar".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zərdüşt Əlizadənin bacısı vəfat etdi
17:53 01.11.2026
Hadisə
"Neftçi" "Şamaxı"nı məğlub etdi, liderliyə yüksəldi
16:58 01.11.2026
Futbol
İranda COVID-19-a yoluxma artır
16:42 01.11.2026
Sağlamlıq
NASA-nın tonyarımlıq teleskopu yerə düşəcək
16:10 01.11.2026
Maraqlı
Britaniya hökuməti Breksit sazişini yeniləməyi planlaşdırır
15:55 01.11.2026
Gündəm
Şəkidə avtomobil dərəyə aşıb, ölən və yaralananlar var - YENİLƏNİB
15:37 01.11.2026
Hadisə
Rusiyada məşhur qrupun vokalçısı öldü
15:22 01.11.2026
Şou
"Qalatasaray”ın vitse-prezidenti istefa verdi
15:08 01.11.2026
Futbol
Gəncədə evdən 35 yaşlı kişi meyiti tapılıb
14:53 01.11.2026
Hadisə
Bakıdan Tbilisiyə əlavə reys 100 faiz doluluqla yola düşüb
14:05 01.11.2026
İnfrastruktur
Zelenski: Putinlə Türkiyədə görüşməyə hazıram
13:32 01.11.2026
Dünya
İranda hələ də vurulmalı bir-iki obyekt qalıb - Tramp
13:18 01.11.2026
Aktual
Sabaha olan hava proqnozu açıqlandı
12:46 01.11.2026
Ekologiya
İlham Əliyev Əlcəzair Prezidentini təbrik edib
12:15 01.11.2026
Rəsmi
Azərbaycan XİN Milli Günü münasibətilə Əlcəzairi təbrik etdi
11:11 01.11.2026
Gündəm