Ramiz Mehdiyevə elə maddələrlə ittihamlar irəli sürülüb ki... - Partiya sədri
02:29 21.10.2025
Siyasət
473
Dövlət çevrilişi ilə bağlı təkbaşına hərəkət mümkünsüzdür
Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin həbsi gündəmin əsas müzakirə mövzusudur. Ekspertlər hesab edirlər ki, R.Mehdiyevin ifşası vaxtilə Azərbaycanda hakimiyyət daxilində özünə yer edən, vəzifədən uzaqlaşdırılandan sonra da fəaliyyətlərini davam etdirən Rusiyanın casus şəbəkəsi və təsir qüvvələrinə qarşı mübarizə istiqamətində atılan həlledici addımdır. İddialara görə, Mehdiyevin xəyanət dosyesi Rusiya kəşfiyyatı tərəfindən təqdim olunub. Bəziləri hesab edirlər ki, Mehdiyevin uzun illər ərzində qurduğu siyasi şəbəkəyə qarşı əməliyyatın başlanğıcı ola bilər. Mehdiyevin yaxın çevrəsində olan bəzi şəxslərin də istintaqa cəlb olunacağı, adlarının çəkildiyi iddia edilir.
Ədalət Partiyasının sədri Mütəllim Rəhimov Sherg.az-a deyib ki, Ramiz Mehdiyev barəsində qaldırılan cinayət işinin, istintaqın yekununda bir çox məsələlərə aydınlıq gətiriləcək. Partiya rəhbərinin sözlərinə görə, R.Mehdiyevə elə maddələrlə ittihamlar irəli sürülüb ki, bu hərəkətləri tək bir adamın etməsi mümkün deyil:
"Xüsusilə, dövlət çevrilişi ilə bağlı təkbaşına hərəkət mümkünsüzdür. Düşünmürəm ki, Ramiz Mehdiyevin hərəkətləri ilə bağlı Azərbaycanın kənar informasiyaya ehtiyacı olsun. Ölkəmizdə son 20 ildən artıqdır ki, hər hansı bir ciddi təxribat müşahidə olunmur. Bu da dövlətin təhlükəsizlik qüvvələrinin uğurlu fəaliyyəti ilə bağlı olub. Ola bilməz ki, dövlətin müvafiq qurumu bir addımlığında olan məmurların hərəkətlərindən xəbərsiz olsun. Dövlət idarəetməsi elə bir mürəkkəb quruluşa malikdir ki, nəyin nə zaman ediləcəyinin özünün böyük fəlsəfi anlamı olur. Dövlət davakar, əsəbi uşağa bənzəməz. O, hər şeyin zamanını çox sakit halda səbirlə gözləyir, hərəkətə keçdikdə isə mütləq nəticə əldə edir. Təbii ki, bu, ciddi və ənənəyə sahib dövlətlərə aiddir. Buradan çıxış edərək deyə bilərik ki, zamanı yetişdiyindən R.Mehdiyevin cinayətləri ilə bağlı hərəkətə keçilib".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İlham Əliyev Hakan Fidanı qəbul etdi
15:50 15.10.2026
Gündəm
Fransa yenə də Ermənistanın arxasındadır - Politoloq
15:29 15.10.2026
Gündəm
"Novaya Qazeta" qəzetinin baş redaktorunun evində axtarış aparılır
14:39 15.10.2026
Dünya
Bakı-Vyentyan xəttində yeni gediş: Azərbaycan Asiyaya açılır
14:17 15.10.2026
Gündəm
Səidə Mirziyoyeva Bayraktarla görüşdü
14:01 15.10.2026
Dünya
Əhaliyə xəbərdarlıq: Bu gündən başlayır, 2 gün davam edəcək...
13:54 15.10.2026
Ekologiya
Paşinyan: Ermənistanın Rusiya ilə münasibətləri heç vaxt soyumayıb
13:29 15.10.2026
Dünya
Husilər Mədinəyə hücum etdilər
13:27 15.10.2026
Dünya
Tacikistan Prezidenti AQEM-də bir sıra təkliflərlə çıxış edib
13:26 15.10.2026
Gündəm
Paşinyanın sülh mükafatı kimi aldığı pul bank hesabına köçürüləcək
13:11 15.10.2026
Gündəm
Paşinyan Azərbaycanla sülhü 2031-ci ilə saxlayır
12:23 15.10.2026
Gündəm
Azərbaycanda “Rəqəmsal rabitə” informasiya sistemi yaradılır
12:20 15.10.2026
Gündəm
İlham Əliyev: Laosun AQEM-ə üzvlüyünü yüksək qiymətləndiririk
12:19 15.10.2026
Gündəm