Rəsmi Bakı Venesuelada sülh və sabitliyin bərqərar olacağına ümid edir

Nazir Ceyhun Bayramov Venesuelada baş verən hadisələr nəticəsində həyatını itirənlərin ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verib.

XİN-dən Sherg.az-a verilən xəbərə görə, Ceyhun Bayramov bu barədə venesuelalı həmkarı ilə telefon danışığı zamanı bildirib.

Qeyd edilib ki, nazir Venesuelada sülh və sabitliyin bərqərar olacağına, Venesuelanın birliyinin qorunacağına ümidvar olduğunu bildirib.