Rusiya Ermənistan sərhədlərini niyə QORUYUR? - NARAHATDIR! – Real səbəblər...!
Fidan Həmişəyeva
09:55 29.10.2020
Siyasət
659
“Əslində Rusiya sərhəddi nəzarətinə götürməklə, erməni əsgərlərinin Qarabağ cəbhəsinə göndərilməsinə imkan yaradır”
“Erməni qoşunlarının Qarabağda Azərbaycan Ordusuna qarşı vuruşmaq üçün dirəniş göstərməsinə şərait yaratmaq”
“Rusiya bu ərazilərin azad olunması ilə Naxçıvanla Azərbaycanın quru yolu vasitəsilə birləşdirilməsində narahat olduğu üçün sərhəddə dayanıb”
Ermənistanla-Azərbaycan sərhəddinə Rusiya sərhədçiləri yerləşdirilib. Bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan EFE ispan agentliyinin əməkdaşı Pablo Qonsalesə müsahibəsində bildirib.
Paşinyan izah edib ki, burada qeyri-adi heç nə yoxdur. Onun sözlərinə görə rusiyalı hərbçilər Ermənistanın İranla və Türkiyə ilə sərhəddində əvvəllər də durub:
“İndi cənubda vəziyyətin kəskinləşməsi ilə bağlı onlar orada yerləşdirilib. Rusiyalı sərhədçilər Ermənistanın Türkiyə və İranla sərhəddində dururlar. Bu həmişə belə olub. Hazırda son baş verən hadisələrlə əlaqadar rus sərhədçiləri Ermənistanın cənub-şərq və cənub-qərb sərhəddində dururlar”.
Baş verənləri “Sherg.az”a şərh edən politoloq Natiq Miri hesab edir ki, rus əsgərlərinin Ermənistanla-Azərbaycan sərhəddində durması sıradan bir hadisə deyil. Analitikin fikrincə, Paşinyanın verdiyi açıqlama riyakar olduğu qədər yalandır və özündə bir çox ciddi məsələləri ehtiva edir:
“Paşinyan dünənə kimi iddia edirdi ki, Ermənistan müstəqil bir dövlətdir. Müstəqil dövlətin sərhədlərini başqa bir ölkə qorumur.
Azərbaycanla Ermənistan sərhəddində hər zaman erməni əsgərləri durub. Onlar Ermənistan sərhəddini qoruyublar. Rusiyalı sərhədçilərin isə Azərbaycan-Ermənistan sərhəddində dayanması ilk hadisədir və sıradan bir məqam deyil. Dolayısı ilə Rusiya bu addımı ilə Ermənistana dəstəyini ifadə edir”.
N.Miri qeyd edib ki, əslində Rusiya sərhəddi nəzarətinə götürməklə, erməni əsgərlərinin Qarabağ cəbhəsinə göndərilməsinə imkan yaradır:
“Fərq etməz, bu gün rus əsgərləri sərhəddə durmasaydı, ən azından erməni əsgərləri həmin sərhədləri qorumaq məcburiyyətində qalacaqdı. Bu da Qarabağ cəbhəsində erməni qoşunlarının sayını azaldacaqdı.
Amma Rusiyanın sərhədləri qoruma səlahiyyətlərini üzərinə götürməsinin məqsədi var:Erməni qoşunlarının Qarabağda Azərbaycan Ordusuna qarşı vuruşmaq üçün dirəniş göstərməsinə şərait yaratmaq. Rusiya bir tərəfdən Ermənistana silahla yanaşı, muzdlu əsgərlərini də göndərir. Cəbhədə tapılan rus əsgərlərinin cəsədləri də bunu sübut edir”.
Politoloqun qənaətincə, Rusiya qoşunları Azərbaycan-Ermənistan sərhəddində durmaqla erməni qoşunlarının Azərbaycana keçməsinə şərait yaradır:
“Digər ciddi və geosiyasi məsələ də var: Məlumdur ki, sözügedən mövqedə duran rus qoşunları çox həssas bölgədə yerləşir. Bunlar Naxçıvanla Azərbaycanı quru yolu ilə birləşdirəcək ərazilərdir. Rusiya bu ərazilərin azad olunması ilə Naxçıvanla Azərbaycanın quru yolu vasitəsilə birləşdirilməsində narahat olduğu üçün sərhəddə dayanıb. Eyni zamanda İran da narahatdır. Məhz həmin sərhəd bölgəsinə on minlərlər qoşun, tanklar və zirehli texnikalar yerləşdirilib.
Hərbi təlimlər adı altında Azərbaycana “bu bölgəni azad etmə” mesajı verilir. Özünü Azərbaycana dost kimi göstərmək istəyən qonşu dövlətlər açıq şəkildə ölkəmizə düşmən olduqlarını ortaya qoyurlar”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tehran Prokurorluğu Rza Pəhləviyə iş açdı
12:28 29.06.2026
Gündəm
Süleyman Rüstəmin yeganə övladı vəfat etdi
11:57 29.06.2026
Cəmiyyət
İsrail ordusu “Hizbullah”ın üç qərargahına zərbə endirib
11:51 29.06.2026
Dünya
Ərdoğan elan etdi: “Türk Əsri” birlikdə qurulacaq
11:46 29.06.2026
Gündəm
97 yaşında dünyasını dəyişdi
11:39 29.06.2026
Mədəniyyət
Pakistan Əfqanıstanı bombaladı: 36 ölü, 163 yaralı
11:30 29.06.2026
Dünya
Polşa Almaniyadan yenidən təzminat tələb etdi
11:21 29.06.2026
Dünya
Prezident: Türk dünyası nüfuzlu geosiyasi güc mərkəzinə çevrilir
10:57 29.06.2026
Gündəm
Xalq şairi Nəriman Həsənzadənin vəziyyəti açıqlanıb
10:33 29.06.2026
Mədəniyyət
Qaxda çay sahilində çətənə kolu yetişdirən şəxs saxlanıldı
09:55 29.06.2026
Hadisə
Saatlıda 8 kiloqram narkotik vasitə aşkarlandı
09:37 29.06.2026
Hadisə
Qızıl və gümüş ucuzlaşdı
09:09 29.06.2026
İqtisadiyyat
Kiprda iki uşaq avtomobildə ölü tapıldı
08:28 29.06.2026
Dünya
Britninin oğulları podiumda!
07:27 29.06.2026
Şou
“iPhone 18 Pro” modellərinin kamerası tamamilə dəyişir
06:52 29.06.2026
Texnologiya
Daha bol məhsul üçün yayda budanmalı olan 7 meyvə ağacı
06:16 29.06.2026
Maraqlı