
Rusiya və İranın yaxınlaşması Qərbə qarşı dayanış cəhdidir - ŞƏRH
16:29 20.10.2025
Siyasət
646
Tural İrfan: “Azərbaycanın balanslı siyasəti Tehran-Moskva ittifaqının təsirini neytrallaşdırır”
Rusiya və İran arasında münasibətlər son dövrlər daha da yaxın xarakter almaqdadır. Moskva iki ölkə arasında siyasi, iqtisadi və təhlükəsizlik sahələrində əməkdaşlığın dərinləşdirilməsində maraqlı olduğunu açıq şəkildə bildirib. Kremlin rəsmi nümayəndəsi Dmitri Peskovun son açıqlamaları da bunu təsdiqləyir. O, Qərbin İrana qarşı təzyiqlərini əsassız adlandıraraq, Moskvanın Tehranla bütün istiqamətlərdə əməkdaşlığı genişləndirməyə hazır olduğunu bəyan edib: “Rusiya İranla bütün sahələrdə əməkdaşlığı genişləndirməyə hazırdır. Qərbin suveren İrana həddindən artıq təzyiq göstərmək üçün heç bir əsası yoxdur. İranın nüvə proqramı üzrə Hərtərəfli Birgə Fəaliyyət Planı ilə bağlı vəziyyəti çox mürəkkəbdir və Avropa İttifaqının qeyri-konstruktiv mövqeyi onu daha da gərginləşdirir”.

Rusiya İran münasibətlərini şərh edən Milli Cəbhə Partiyası sədrinin müavini, siyasi ekspert Tural İrfan Sherg.az-a açıqlamasında İranın Rusiya ilə əlaqələri inkişaf etdirməsi və yaxınlaşmasının bir neçə səbəbi olduğunu bildirib. Ekspert hesab edir ki, bu ölkələr Zəngəzur dəhlizinin və onun açılması nəticəsində yaranacaq reallığa altenrativ güc formalaşdırmaq istəyirlər:
“Əsasən Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin Azərbaycan və Ermənistan arasında yaranmış sülh mühitinin yaratdığı imkanlardan istifadə və birliyin güclənməsi müqabilində öz maraqlarını önə çıxarmaq məqsədi daşıyır. Digər tərəfdən də Qərbin sanksiyalarına qarşı müştərək formatda dayanış sərgiləmək istəyirlər. Rusiya eyni zamanda Ukrayna məsələsində tərəfdaşlarını, müttəfiqlərini daha da yaxına çəkir ki, problemin yekun həllində güc balansını qoruya bilsin. Qərbin sanksiyaları qarşısında İran və Rusiya birlikdə addımlar atmaqda maraqlıdırlar. Regionda isə təbii ki, Rusiya əvvəlki hegemonluğunu bərpa etmək üçün İrandan istifadə etməyi düşünür”.
T. İrfanın sözlərinə görə, müştərək siyasətin kökündə duran Azərbaycan, Ermənistan və Gürcüstana təsir etmək, bu dövlətlərin bölgəyə cəlb etdiyi Qərb maraqlarına, xüsusən ABŞ-nin roluna zərbə vurmaqdır:
“Lakin Rusiya Ukrayna müharibəsində artıq dalana doğru gedir və Qərbin ciddi sanksiyaları ilə üz - üzədir. Məhz bu ehtimala nəzərən İranla daha da yaxınlaşmağı nəzərdə tutub. Ancaq artıq bölgədəki reallıq, Azərbaycanın balanslı siyasəti sözü gedən birliyin yarada biləcəyi narahatlığı istisna edir. Odur ki, Tehran - Moskva yaxınlaşması əsasən Qərbin təziqlərindən və sanksiyalarından müdafiə rolunda ola bilər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İlham Əliyev Hakan Fidanı qəbul etdi
15:50 15.10.2026
Gündəm
Fransa yenə də Ermənistanın arxasındadır - Politoloq
15:29 15.10.2026
Gündəm
"Novaya Qazeta" qəzetinin baş redaktorunun evində axtarış aparılır
14:39 15.10.2026
Dünya
Bakı-Vyentyan xəttində yeni gediş: Azərbaycan Asiyaya açılır
14:17 15.10.2026
Gündəm
Səidə Mirziyoyeva Bayraktarla görüşdü
14:01 15.10.2026
Dünya
Əhaliyə xəbərdarlıq: Bu gündən başlayır, 2 gün davam edəcək...
13:54 15.10.2026
Ekologiya
Paşinyan: Ermənistanın Rusiya ilə münasibətləri heç vaxt soyumayıb
13:29 15.10.2026
Dünya
Husilər Mədinəyə hücum etdilər
13:27 15.10.2026
Dünya
Tacikistan Prezidenti AQEM-də bir sıra təkliflərlə çıxış edib
13:26 15.10.2026
Gündəm
Paşinyanın sülh mükafatı kimi aldığı pul bank hesabına köçürüləcək
13:11 15.10.2026
Gündəm
Paşinyan Azərbaycanla sülhü 2031-ci ilə saxlayır
12:23 15.10.2026
Gündəm
Azərbaycanda “Rəqəmsal rabitə” informasiya sistemi yaradılır
12:20 15.10.2026
Gündəm
İlham Əliyev: Laosun AQEM-ə üzvlüyünü yüksək qiymətləndiririk
12:19 15.10.2026
Gündəm