Rusiyadan İrana göndərilən humanitar yardım təyyarəsi Lənkəran aeroportuna enib

Rusiya Fövqəladə Hallar Nazirliyinin İrana göndərdiyi humanitar yardımla yüklü təyyarə Lənkəran Beynəlxalq Hava Limanına eniş edib.

APA-nın cənub bürosunun xəbərinə görə, dərman preparatları və ləvazimatlardan ibarət olan yardım Lənkəranda İran Qızıl Aypara Cəmiyyətinə məxsus yük maşınlarına yüklənərək, Astara dövlət sərhədindən buraxılış məntəqəsindən keçməklə göndəriləcək.

Rusiyadan İrana 13 ton tibbi vasitənin göndərildiyi bildirilir.