
Rusiyanın beynəlxalq hüquqa etinasız mövqeyi onu təcrid vəziyyətinə salır- RƏY
22:27 15.10.2025
Siyasət
575
Moskva Avropa İnsan Haqları Məhkəməsinin (AİHM) 2008-ci il hadisələri ilə bağlı Gürcüstana 253 milyon avro ödəməyə dair qərarını yerinə yetirməyi planlaşdırmır. Kremlin mətbuat katibi Dmitri Peskov açıq şəkildə qərarı yerinə yetirməyəcəklərini bildirib.
Qeyd edək ki, dünən Avropa İnsan Haqları Məhkəməsi (AİHM) Rusiyanın 2008-ci ildəki hərbi münaqişə ilə bağlı Gürcüstana 253 milyon avro ödəməsi ilə bağlı qərar qəbul edib.
Milli Cəbhə Partiyasının sədr müavini Məhəmməd Əsədullazadə Sherg.az-a açıqlamasında bildirib ki, Rusiyanın Qərbin qəbul etdiyi qərarları icra etməməsi artıq yeni bir hal deyil, bu, Moskvanın uzun illərdir davam etdirdiyi siyasətin tərkib hissəsidir:

“Qərb və Rusiya arasında bu gün həm geosiyasi, həm də hərbi qarşıdurma müşahidə olunur. Ukrayna müharibəsi ilə bu toqquşma daha da dərinləşib. Qərb Rusiyanı siyasi, iqtisadi və diplomatik cəhətdən bloklayıb, geniş sanksiyalar tətbiq edib, Avropa banklarındakı maliyyə hesablarını dondurub. Belə bir şəraitdə AİHM-nin qərarını Rusiyanın icra etməsi, əlbəttə ki, real görünmür. Rusiya son illərdə beynəlxalq hüququ sistematik şəkildə pozur və bu prinsipləri faktiki olaraq heçə sayır. Rusiya bu qərarların öz suverenliyinə müdaxilə kimi təqdim edir və Qərb təsisatlarının legitimliyini şübhə altına alır.
AİHM-nin Gürcüstanla bağlı qərarı da eyni prinsipial yanaşmanın bir nümunəsidir. Kreml bu qərarları siyasi motivli, Qərbin Rusiyaya təzyiq aləti kimi qiymətləndirir. Əslində isə bu, beynəlxalq hüququn və ədalətin qorunması istiqamətində atılmış addımdır. Ancaq Moskva artıq bu cür qərarların icrasından imtina etməklə, özünü beynəlxalq hüquq sistemindən kənarda saxlayır. Bu da onun həm reputasiyasına, həm də gələcəkdə beynəlxalq məhkəmələrlə əməkdaşlığına ciddi zərbə vurur”.
Siyasi ekspertin sözlərinə görə, son nəticədə Rusiyanın beynəlxalq hüquqa qarşı bu etinasız mövqeyi onu getdikcə daha çox təcrid vəziyyətinə salır:
“Qərb institutlarının qərarlarını qəbul etməmək Moskvanı yalnız qısa müddətdə daxili auditoriya qarşısında “güclü dövlət” kimi göstərir, lakin uzunmüddətli perspektivdə bu, həm siyasi, həm də iqtisadi baxımdan ağır nəticələrə səbəb olur”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tuskdan Zelenskiyə: Siz tək deyilsiniz!
18:20 15.10.2026
Dünya
Səidə Mirziyoyeva Ərdoğanla görüşdü
17:50 15.10.2026
Gündəm
Paşinyan sülh sazişini bilərəkdən uzadır - ŞƏRH
17:36 15.10.2026
Gündəm
Gürcüstan müxalifəti etiraz aksiyaları elan edib
17:19 15.10.2026
Region
Kobaxidze Ermənistana səfər edib
17:13 15.10.2026
Gündəm
Onlar Mətbuat Şurasından gedir
17:07 15.10.2026
Media
Azərbaycan-Türkiyə qardaşlığını heç kim poza bilməz - TƏHLİL
16:42 15.10.2026
Gündəm
DTX tərəfindən saxlanılan Saleh Səmədova hökm oxunub
16:17 15.10.2026
Hadisə
3+3 formatında növbəti görüş Azərbaycanda keçirilə bilər
16:03 15.10.2026
Gündəm
İlham Əliyev Hakan Fidanı qəbul etdi
15:50 15.10.2026
Gündəm
Fransa yenə də Ermənistanın arxasındadır - Politoloq
15:29 15.10.2026
Gündəm
"Novaya Qazeta" qəzetinin baş redaktorunun evində axtarış aparılır
14:39 15.10.2026
Dünya