“Rusiyanın mövqeyi Ermənistanı ümidsizliyə uğradıb” – ŞƏRH
Fidan Həmişəyeva
15:47 13.07.2020
Siyasət
1247
“Ermənistanın Kütləvi Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvlərinin müdaxiləyə cəlb etmək təşəbbüsü boşa çıxıb. KTMT-nin mətbuat Katibi Vladimir Zeynəddinov Ermənistanın təşəbbüsü ilə çağırılan fövqəladə iclasının qeyri-müəyyən vaxta qədər təxir salındığını bildirib”.
Bu fikirləri “Sherg.az”a politoloq Əlimusa İbrahimov deyib.
Analitik qeyd edib ki, işğalçı dövlətin məkirli niyyəti boşa çıxdı:
“Axı onlar məhz Ermənistan sərhəddində insident yaratmaqla bu təşkilatı münaqişəyə cəlb etməyə cəhd edirdilər.
Sərhəddə uğursuzluq, etibarlı hesab etdikləri təşkilatın qeyri – müəyyən cavabı, ölkədə əsgər ölümlərinin gizlədilməsinə etiraz olaraq başlanan mitinqlər- Ermənistanda panika yaradıb. Paşinyan iqtisadiyyatın çökməsi, pandemiyanın yaratdığı əlavə problemləri sərhəddə başlayacağı toqquşma vasitəsi ilə aradan qaldıracağına ümid edirdi. Amma gözlənilənlərin tam əksi ilə qarşılaşdı.
Politoloq vurğulayıb ki, Rusiyanın mövqeyi Ermənistan rəhbərliyini tamamilə ümidsizliyə uğradıb:
“Onlar düşünürdülər ki, 2016-cı ilin aprelində olduğu kimi Rusiyadan olan emissarlar yenə də Azərbaycanı döyüşü dayandırmağa razı sala biləcəklər.
Amma onlar artıq başa düşməlidirlər ki, aprel döyüşü də, bugünkü döyüş də millətimizin əsas döyüşünə gedən istiqamətdə etdiyi məşqlərdir. Hər belə döyüş Azərbaycan əsgərinin özünə inamını daha da artırır.
Eyni zamanda Azərbaycan 2016- ci ildə olduğundan daha qüvvətlidir. Hər keçən gün silahlı qüvvələrimizin döyüş bacarığını daha da artırır. Xalq daha əzmkarlıqla torpaqlarımızın azad olmasını tələb edir. Biz dünən “ igid əsgər möhkəm dayan” deyirdiksə, indi devizimiz “ igid əsgər irəli!”dir.
Bu iki gün ərzində Ermənistanda prezident, Baş Nazir, Xarici İşlər Naziri və çoxsaylı lobbinin döymədiyi qapının qalmamasına baxmayaraq yenə özlərini yerə vurmurlar və hədə-qorxu gəlməkdə davam edirlər”.
Ə.İbrahimov bildirib ki, Paşinyan iyulun 13-də Ermənistan hökümətinin növbədənkənar iclasında çıxışında Azərbaycanı pandemiya zamanı BMT-nin Baş Katibinin qlobal atəşkəsə çağırışına məhəl qoymamaqda günahlandırır:
“Bu həyasızlığın son həddi və ya psixologiyanın pozulmasını ilkin əlamətləridir. Münaqişəni başlayan tərəf qarşı tərəfi günahlandırır. Budur erməni xisləti. BMT-nin Dağlıq Qarabağ haqqında qəbul etdiyi 4 qətnaməyə məhəl qoymayan dövlətin Baş Naziri bu təşkilatın Baş Katibinin sıradan bir çağırışını yada salır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tuskdan Zelenskiyə: Siz tək deyilsiniz!
18:20 15.10.2026
Dünya
Səidə Mirziyoyeva Ərdoğanla görüşdü
17:50 15.10.2026
Gündəm
Paşinyan sülh sazişini bilərəkdən uzadır - ŞƏRH
17:36 15.10.2026
Gündəm
Gürcüstan müxalifəti etiraz aksiyaları elan edib
17:19 15.10.2026
Region
Kobaxidze Ermənistana səfər edib
17:13 15.10.2026
Gündəm
Onlar Mətbuat Şurasından gedir
17:07 15.10.2026
Media
Azərbaycan-Türkiyə qardaşlığını heç kim poza bilməz - TƏHLİL
16:42 15.10.2026
Gündəm
DTX tərəfindən saxlanılan Saleh Səmədova hökm oxunub
16:17 15.10.2026
Hadisə
3+3 formatında növbəti görüş Azərbaycanda keçirilə bilər
16:03 15.10.2026
Gündəm
İlham Əliyev Hakan Fidanı qəbul etdi
15:50 15.10.2026
Gündəm
Fransa yenə də Ermənistanın arxasındadır - Politoloq
15:29 15.10.2026
Gündəm
"Novaya Qazeta" qəzetinin baş redaktorunun evində axtarış aparılır
14:39 15.10.2026
Dünya