Sahibə Qafarova Estoniyanın xarici işlər naziri ilə görüşüb
15:14 22.10.2025
Siyasət
654
Oktyabrın 22-də Milli Məclisin sədri Sahibə Qafarova Estoniya Respublikasının xarici işlər naziri Marqus Tsahkna ilə görüşüb.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Sherg.az-a bildiriblər ki, görüşdə ölkələrimizi birləşdirən dostluq münasibətlərindən və qarşılıqlı faydalı əməkdaşlıqdan söz açan parlamentin sədri dövlətlərarası münasibətlərin inkişafında ali və yüksəksəviyyəli qarşılıqlı səfərlərin, görüşlərin, eləcə də imzalanan sənədlərin mühüm rol oynadığını deyib. O, həmçinin özünün üç il əvvəl Estoniyaya rəsmi səfəri çərçivəsində keçirilən görüşləri məmnunluqla xatırladıb.
Söhbət zamanı ikitərəfli əlaqələrin müxtəlif istiqamətlərdə daha da inkişafı üçün yaxşı imkanların olduğu qeyd edilib.
S.Qafarova qonağa Vaşinqton görüşü və Azərbaycan-Ermənistan arasında normallaşma prosesi ilə bağlı fikirlərini çatdırıb, həmçinin özünün Cenevrədə Ermənistan parlamentinin spikeri ilə baş tutan görüşü haqqında məlumat verib.
Bu gün Azərbaycan Prezidenti İlham Əliyevlə keçirdiyi görüş barədə məlumat verən Estoniyanın xarici işlər naziri Marqus Tsahkna, həmçinin Azərbaycan ilə Ermənistan arasında Vaşinqton görüşündə əldə olunan nailiyyətlər münasibətilə təbriklərini çatdırıb, ölkəmizin regionda sülhün, əmin-amanlığın, eləcə də əməkdaşlığın təmin olunmasındakı rolunu yüksək dəyərləndirib.
Görüşdə parlamentlərarası əlaqələrin ölkələr arasında ikitərəfli və çoxtərəfli münasibətlərin vacib tərkib hissəsi olduğu vurğulanaraq, beynəlxalq platformalarda qarşılıqlı faydalı əməkdaşlığın əhəmiyyəti, o cümlədən qanunverici orqanlarda fəaliyyət göstərən dostluq qruplarının fəaliyyətinin vacibliyi qeyd olunub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Əhaliyə xəbərdarlıq: Bu gündən başlayır, 2 gün davam edəcək...
13:54 15.10.2026
Ekologiya
Paşinyan: Ermənistanın Rusiya ilə münasibətləri heç vaxt soyumayıb
13:29 15.10.2026
Dünya
Husilər Mədinəyə hücum etdilər
13:27 15.10.2026
Dünya
Tacikistan Prezidenti AQEM-də bir sıra təkliflərlə çıxış edib
13:26 15.10.2026
Gündəm
Paşinyanın sülh mükafatı kimi aldığı pul bank hesabına köçürüləcək
13:11 15.10.2026
Gündəm
Paşinyan Azərbaycanla sülhü 2031-ci ilə saxlayır
12:23 15.10.2026
Gündəm
Azərbaycanda “Rəqəmsal rabitə” informasiya sistemi yaradılır
12:20 15.10.2026
Gündəm
İlham Əliyev: Laosun AQEM-ə üzvlüyünü yüksək qiymətləndiririk
12:19 15.10.2026
Gündəm
İshaq Dar Bakıda olan Hakan Fidana zəng etdi
11:38 15.10.2026
Dünya
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir
11:35 15.10.2026
Gündəm
Ukrayna Voronejdə hərbi aerodrumu vurdu
11:21 15.10.2026
Dünya
Azərbaycanda bəzi xidmət haqları iki dəfə azaldılır
10:57 15.10.2026
Sosial