Şahin Mustafayev: “3+3” regional məşvərət mexanizminin aktuallığı artmaqdadır
Yusif Nəzərli
06:36 13.10.2025
Siyasət
467
Bütün sahələrdə əməkdaşlığın inkişafı üçün regionda sülh, sabitlik, təhlükəsizlik, rifah və əməkdaşlıq təşəbbüslərinin gücləndirilməsi olduqca önəmlidir.
APA xəbər verir ki, bunu Baş nazirin müavini Şahin Mustafayev Bakıda keçirilən Azərbaycan, Rusiya və İran hökumət nümayəndələrinin üçtərəfli görüşündə deyib.
Şahin Mustafayev bildirib ki, bu baxımdan Azərbaycan Prezidentinin təşəbbüsü ilə yaradılmış “3+3” regional məşvərət mexanizminin aktuallığı artmaqdadır: “Bu təşəbbüs mövcud ikitərəfli və digər əməkdaşlıq formatlarını tamamlayır, regional təhlükəsizliyi və sabitliyi gücləndirir, iqtisadi artım və tərəqqi naminə yeni imkanlar yaradır.
Ölkələrimiz arasında iqtisadi-ticari əməkdaşlığın bərabərhüquqlu və qarşılıqlı fayda prinsipləri əsasında təşviqi zəruridir. Bununla yanaşı investisiya layihələrinin reallaşdırılması üçün davamlı olaraq əlverişli şəraitin yaradılması məqsədilə iş aparılmalıdır.
Onu da qeyd edim ki, ölkələrimiz arasında üçtərəfli görüş formatı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə yaradılıb”.
Baş nazirin müavini xatırladıb ki, həmin təşəbbüsə əsasən 2016-cı il 8 avqust tarixində Bakı şəhərində Azərbaycan Respublikası, İran İslam Respublikası və Rusiya Federasiyası Prezidentlərinin birinci Zirvə toplantısı keçirilib: “Daha sonra isə 2017-ci ilin noyabrın 1-də Tehran şəhərində ikinci Zirvə toplantısı baş tutub. Azərbaycan Respublikası, İran İslam Respublikası və Rusiya Federasiyası Prezidentlərinin 2016-cı il 8 avqust tarixli Bəyannaməsinin və 2017-ci il 1 noyabr tarixli Birgə Bəyanatının iqtisadi əməkdaşlıq, təhlükəsiz və etibarlı regional və beynəlxalq nəqliyyat dəhlizlərinin inkişaf etdirilməsi və energetika sahəsində layihələrin həyata keçirilməsi baxımından müstəsna rolu var. Zirvə toplantıları ilə yanaşı, ölkələrimiz arasında 2022-ci ildə Bakı şəhərində Azərbaycan, Rusiya Baş nazirlərinin müavinləri və İranın yol və şəhərsalma nazirinin iştirakı ilə görüş keçirilib.
Eyni zamanda, ölkələrimiz arasında üçtərəfli formatda görüşlərin keçirilməsi iqtisadi-ticari, nəqliyyat-logistika, energetika və qarşılıqlı maraq kəsb edən digər sahələrdə əməkdaşlığın dərinləşdirməsi üçün xüsusi əhəmiyyət daşıyır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Özbəkistan Prezidentinin Azərbaycana işgüzar səfəri başa çatıb
20:34 15.10.2026
Siyasət
Tanınmış rusiyalı jurnalist terrorçu elan edildi
20:07 15.10.2026
Gündəm
Onun edamı canlı yayımlanmayacaq - Tramp
19:58 15.10.2026
Dünya
İran Oman körfəzində tankeri vurdu
19:42 15.10.2026
Gündəm
İranlı general: Quru əməliyyatları ABŞ-yə baha başa gələcək
19:34 15.10.2026
Aktual
Yəməndə prezident sarayı raket hücumuna məruz qalıb
19:21 15.10.2026
Aktual
ÇL: Həftənin ən yaxşı futbolçusu bilinib
19:10 15.10.2026
Futbol
Erlinq Holand Lionel Messinin iki rekordunu qırdı
19:02 15.10.2026
Futbol
Litva və Ukrayna PUA komponentlərini birgə istehsal edəcək
18:54 15.10.2026
Aktual
Fyodor Şukin Dağıstanın rəhbəri seçildi
18:46 15.10.2026
Dünya
Tuskdan Zelenskiyə: Siz tək deyilsiniz!
18:20 15.10.2026
Dünya
Səidə Mirziyoyeva Ərdoğanla görüşdü
17:50 15.10.2026
Gündəm
Paşinyan sülh sazişini bilərəkdən uzadır - ŞƏRH
17:36 15.10.2026
Gündəm
Gürcüstan müxalifəti etiraz aksiyaları elan edib
17:19 15.10.2026
Region