Şahin Mustafayev Fərzanə Sadiqlə danışdı

Azərbaycan Baş nazirinin müavini, Azərbaycan-İran Birgə İqtisadi Əməkdaşlıq Komissiyasının həmsədri Şahin Mustafayev bu gün İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq ilə telefon danışığı aparıb.

İran səfirliyindən Axar.az-a verilən məlumata görə, Şahin Mustafayev telefon danışığı zamanı İranın Ali Rəhbərinin və çox sayda İran vətəndaşının ölümü ilə bağlı başsağlığı verib.

Telefon danışığı əsnasında iki ölkə arasında keçirilmiş Birgə İqtisadi Əməkdaşlıq Komissiyasının son iclasında əldə olunmuş razılaşmaların icra vəziyyəti barədə fikir mübadiləsi aparılıb və lazımi koordinasiya məsələləri müzakirə edilib.

Facebook