Siyasi sitemin yeni çağırışı: Ali Qanunverici Orqan yenilənməlidir -AÇIQLAMA
08:46 21.06.2024
Siyasət
513
"Azərbaycan Respublikası Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinə müraciət edilməsi barədə" Milli Məclisin qərar layihəsi hazırlanıb.
Qərar layihəsinin mətnini deputat Tahir Rzayev oxuyub.
Qərar layihəsində deyilir:
“Milli Məclisdə çoxluq təşkil edən YAP üzvləri parlament sədrinə müraciət edərək, həm parlament seçkilərinin, həm də mötəbər beynəlxalq tədbirlərin böyük əhəmiyyət kəsb etdiyini qeyd edib və növbədənkənar parlament seçkilərinin keçirilməsi üçün müraciət edib. YAP-ın müraciəti Milli Məclisdə digər partiyaları təmsil edən deputatlar, habelə bitərəf deputatlar tərəfindən dəstəklənib. Parlament seçkilərinin qanunvericiliyə uyğun keçirilməsi üçün növbədənkənar parlament seçkilərinin keçirilməsi zəruridir”.
Milli Məclis Konstitusiyanın 95-ci maddəsinin 2-ci hissəni rəhbər tutaraq qərara alıb ki, Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi barədə Prezidentə müraciət edilsin.
Qərar layihəsi səsverməyə çıxarılaraq qəbul edilib.
Sözügedən məsələni “Sherg.az”a dəyərləndirən YAP İdarə Heyətinin üzvü Hikmət Babaoğlu bildirib ki, hazırda Azəraycan öz müstəqil dövlətçilik tarixinin ən yeni mərhələsinə qədəm qoyub:
“Əgər yeni mərhələni 44 günlük müharibədə əldə etdiyimiz zəfər və ondan sonra ərazi bütövlüyümüzün təmin edilməsi şərtləndiribsə, ən yeni mərhələni isə 2023-cü ildə şanlı ordumuzun həyata keçirdiyi local antiterror əməliyyatı nəticəsində hər qarış ərazimizdə suveren hüquqlarımızın təmin edilməsi təyin etdi. Beləliklə hüquqi, siyasi və inzibati-coğrafi baxımdan tamamilə fərqli reallıqlar yarandı. Bu prosesdə milli siyasi-hüquqi sistemimizin tələbi və ictimai rəyin sifarişi nəticəsində ölkəmizdə artıq birinci mühüm dəyişiklik baş tutdu. Bu Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin təmin olunmasından sonra 2024-cü ilin fevralında müstəqillik tariximizdə ilk dəfə bütün ölkə ərazisində prezident seçkilərinin keçirilməsi idi. Yəni ən yeni tariximizin çağırışları əsasında Azərbaycanda Ali İcraedici Hakimiyyət milli iradənin diqtəsi ilə yeniləndi”.
Parlamentari qeyd edib ki, indi isə siyasi sitemin yeni çağırışı Ali Qanunverici Orqanın yenilənməsi istiqamətindədir:
“Bu isə həm konstitusiyamızın tələbləri baxımından hüquqi aspektdən, həm də ölkəmizdə baş tutacaq mühüm tarixi hadisə dünyanın bir nömrəli tədbiri hesab edilən COP29-un ölkəmizdə keçirilməsi ilə birbaşa əlaqəlidir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasına görə növbədən kənar seçkilər ən gec noyabr ayının birinci bazar günü keçirilməlidir. Ancaq zərurət yaranarsa, seçkilərin tarixinin önə çəkilməsi mexanizimi də ana yasamızda mövcuddur. Bütün bunları nəzərə alaraq YAP İdarə Heyətinin 20 iyun 2024-cü il tarixində keçirilən iclasında uyğun qərar qəbul edildi və Yeni Azərbaycan Partiyasından olan millət vəkilləri parlament sədrinə müraciət edərək seçkilərin 2 ay əvvəl keçirilməsi ilə bağlı təşəbbüslə çıxış etməyi məqsədə müvafiq hesab etdilər. Bu həm seçkilərin azad, şəffaf və demokratik keçirilməsi baxımından münbit şərtlər formalaşdıracaq, həm də parlament tariximizdə ilk dəfə seçki dairələri üzrə hər namizəd öz dairəsində siyasi mübarizə aparacaq. Yəni ilk dəfə həm hüquqi-siyasi, həm də inzibati-coğrafi baxımından birbaşa ərazi üzrə seçkilər keçiriləcək. Şuşalı, kəlbəcərli, xankəndili , laçınlı, ağdamlı və. s seçici artıq müvəqqəti məskunkaşdığı hansısa rayonda deyil, bilavasitə öz rayonunda səsvermədə iştirak edəcək. Beləliklə də 7-ci çağırış Milli Məclis seçkiləri parlamentarizm və dövlətçilik tariximizə əbədi yazılacaq. Bu siyasi sistemimiz adına qürurverici bir hadisədir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Boğazında yemək qalan şagird manevrası ilə xilas edildi
21:34 11.04.2026
Hadisə
Özgür Özəl hakimiyyəti dəyişmək üçün seçki çağırışı edib.
21:18 11.04.2026
Gündəm
Tramp: Hörmüz boğazı tezliklə gəmiçilik üçün açılacaq
20:55 11.04.2026
Dünya
Faciəvi qəza: Ana övladlarını qorumaq üçün canından keçdi
20:52 11.04.2026
Hadisə
Çin Tayvan üçün "yumşaq güc" kartını açdı – ŞƏRH
20:41 11.04.2026
Gündəm
Cey Di Vens və Cared Kuşner İran rəhbərliyi ilə üzbəüz görüşdü
19:53 11.04.2026
Dünya
Kürd siyasətçi İraqın yeni prezidenti seçilib
19:17 11.04.2026
Dünya
Türkiyədə 4,8 bal gücündə zəlzələ olub
18:50 11.04.2026
Hadisə
17 yaşlı şübhəli üçün 126 ilə qədər həbs istənilir
17:56 11.04.2026
Hadisə
Abşeronda ölüm hadisəsi baş verdi
17:51 11.04.2026
Hadisə
Ağdamda tikintidə ölüm hadisəsi baş verib
17:25 11.04.2026
Hadisə
Tərtərdə kanalda batan 7 yaşlı uşağın meyiti tapılıb - YENİLƏNİB
17:23 11.04.2026
Hadisə
ABŞ-İran danışıqları başladı - YENİLƏNDİ
17:19 11.04.2026
Dünya
Güclü külək əsəcək - XƏBƏRDARLIQ
16:59 11.04.2026
Ekologiya