
Şvidkoy Rusiyada yaşayan azərbaycanlıların maraqlarını nəzərə almalıdır -ŞƏRH
09:40 27.10.2025
Siyasət
429
Yalnız bu halda iki dövlət arasında qarşılıqlı və ədalətli humanitar münasibətlərdən danışmaq olar
Fuad Abbasov: Rusiyada bir dənə də Azərbaycan məktəbinin fəaliyyətinə icazə verilmir
“Rusiya Azərbaycanla humanitar əlaqələrin bərpasına hazırdır”.
Bu barədə Rusiya Prezidenti Vladimir Putinin beynəlxalq mədəni əməkdaşlıq məsələləri üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy bildirib.
“Biz həmişə demişik ki, Rusiya tərəfdaşlarının hazır olduğu hər bir sahədə əməkdaşlığa hazırdır. Azərbaycanlı dostlarımız və tərəfdaşlarımız humanitar, elm, təhsil və mədəni sahələrdə əlaqələri bərpa etməyə hazır olduqları dərəcədə, biz də buna tam hazırıq”, - o qeyd edib.
Şvıdkoy vurğulayıb ki, Rusiya və Azərbaycanı çoxəsrlik tarix birləşdirir, iki xalq bir-biri ilə sıx şəkildə bağlıdır və hər iki ölkənin cəmiyyətlərinin əsasını təşkil edən eyni mənəvi və əxlaqi dəyərləri bölüşür.
“Mənə elə gəlir ki, bütün münasibətləri tam bərpa etməmək üçün dərin səbəblər yoxdur,” – Putinin elçisi əlavə edib.
Politoloq Fuad Abbasov Sherg.az-a deyib ki, Mixail Şvidkoy bütün siyasi karyerası boyunca ermənipərəst mövqeyi ilə fərqlənib:

"Xüsusilə onun Yeltsin dövründə Rusiya Federasiyasının mədəniyyət naziri olduğu illərdə açıq şəkildə anti-Azərbaycan və ermənipərəst fikirlər səsləndirməsinin şahidi olmuşuq.
Hazırda Azərbaycan və Ermənistan arasında birbaşa dialoqun formalaşdığı bir vaxtda Mixail Şvidkoy Rusiya və Azərbaycan arasında elmi və mədəni sahələrdə, xüsusilə humanitar istiqamətdə əməkdaşlığa hazır olduğunu bildirir. Lakin öncə ona xatırlatmaq lazımdır ki, Azərbaycan müstəqil və suveren dövlətdir. Əgər hər hansı ölkə Azərbaycanla mədəni və humanitar əlaqələr qurmaq və ya bərpa etmək istəyirsə, bu, qarşılıqlı olmalıdır.
Rusiyanın bu mövzuda mövqeyi isə ziddiyyətlidir. Belə ki, Rusiyada, o cümlədən azərbaycanlıların çoxluq təşkil etdiyi Dərbənd, Dağıstan, Maxaçqala kimi bölgələrdə bir dənə də olsun Azərbaycan məktəbinin fəaliyyət göstərməsinə icazə verilmir. Halbuki Azərbaycanda onlarla rus məktəbi, rus fakültələri, universitetlər, rusdilli kitablar, ədəbiyyat, müəllimlər, radio, televiziya və internet resursları olmalıdır. Əgər iki müstəqil və suveren dövlət arasında humanitar əlaqələrin bərpasından danışırıqsa, onda Şvidkoy ilk növbədə Rusiyada yaşayan, sayı milyonları keçən azərbaycanlıların maraqlarını nəzərə almalıdır. Həmçinin bu ölkədə Azərbaycan mədəniyyət mərkəzlərinin, məktəblərinin, uşaq bağçalarının, televiziya və radio proqramlarının yaradılmasına şərait yaradılmalıdır".
Analitik əlavə edib ki, Rusiya dövləti həmin istiqamətlərdə büdcə vəsaiti ayırmalı, eynilə Azərbaycan dövlətinin rus məktəblərinə və rusdilli təhsilə dəstək verdiyi kimi, orada da ölkəmizin vətəndaşlarının hüquqlarına və mədəni tələbatlarına hörmətlə yanaşmalıdır:
"Yalnız bu halda iki dövlət arasında qarşılıqlı və ədalətli humanitar münasibətlərdən danışmaq olar. Lakin Mixail Şvidkoyun ermənipərəst və imperialist düşüncələrini nəzərə alsaq, onun bu açıqlamasının da kökündə köhnə şovinist yanaşmanın və Rusiyanın üstün mövqeyini qorumaq istəklərinin dayandığı aydın görünür. Bu isə müasir, müstəqil Azərbaycan üçün qəbuledilməzdir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Paşinyan Azərbaycanla sülhü 2031-ci ilə saxlayır
12:23 15.10.2026
Gündəm
Azərbaycanda “Rəqəmsal rabitə” informasiya sistemi yaradılır
12:20 15.10.2026
Gündəm
İlham Əliyev: Laosun AQEM-ə üzvlüyünü yüksək qiymətləndiririk
12:19 15.10.2026
Gündəm
İshaq Dar Bakıda olan Hakan Fidana zəng etdi
11:38 15.10.2026
Dünya
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir
11:35 15.10.2026
Gündəm
Ukrayna Voronejdə hərbi aerodrumu vurdu
11:21 15.10.2026
Dünya
Azərbaycanda bəzi xidmət haqları iki dəfə azaldılır
10:57 15.10.2026
Sosial
Brüsseldə keçiriləcək Aİ sammitində büdcədə irəliləyiş gözlənilmir
10:55 15.10.2026
Gündəm
Makaronun süzdükdən sonra suyunu tökməyin
10:47 15.10.2026
Sosial
ABŞ İrana "bombaların anası" ilə zərbə endirəcək
10:35 15.10.2026
Dünya
Hollivud ulduzu zorakılıq iddiasına cavab verib
10:20 15.10.2026
Şou
Meloni ABŞ-Rusiya dizel razılaşmasını riskli adlandırıb
10:14 15.10.2026
Gündəm
Bakıda Azərbaycan və İtaliya hərbçilərinin ekspert görüşü keçirilib
10:11 15.10.2026
Hərbi
Tramp: Mediaya məlumat sızdıran məmurlar güllələnməlidir
09:59 15.10.2026
Gündəm