
TDT-nin inkişafı fonunda TürkPA tamhüquqlu Türk Parlamentinə çevriləcək -ŞƏRH
12:06 15.10.2025
Siyasət
432
TürkPA-da digər türk xalqlarının nümayəndələrinin də təmsil olunması mümkündür
Beynəlxalq müstəvidə türk dövlətlərinin əməkdaşlığı yeni bir mərhələyə qədəm qoyur. Regional və qlobal çağırışlar fonunda Türk Dövlətləri Təşkilatı (TDT) təkcə mədəni və tarixi bağlara əsaslanan platforma deyil, eyni zamanda siyasi, iqtisadi və təhlükəsizlik baxımından önəmli bir güc mərkəzinə çevrilməkdədir. Bu inteqrasiya prosesində qanunverici əməkdaşlığın da dərinləşdirilməsi xüsusi aktuallıq kəsb edir. Məhz bu kontekstdə Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) rolu getdikcə artır.
Təşkilatın yeni Baş katibi Ramil Həsənin vəzifəyə başlaması ilə bu sahədə yeni mərhələnin əsasının qoyulacağı gözlənilir. O, sabiq Baş katib Mehmet Süreyya Erdən səlahiyyətləri təhvil alarkən, TÜRKPA-nı daha yüksək mövqeyə çatdırmaq üçün səylə çalışacağını və təşkilat üçün yeni bir səhifə açılacağını bildirib. Ramil Həsən, həmçinin, Özbəkistanın da TÜRKPA-ya cəlb olunacağına ümid etdiyini vurğulayıb və gələcəkdə Türk Dövlətləri Təşkilatı yanında ortaq parlamentar qurumun yaradılması üçün fəaliyyət göstərəcəyini bəyan edib. “TÜRKPA-ya üzv olan ölkələrin hər biri üçün çalışmaq mənim mənəvi borcumdur”,-deyə Baş katib qeyd edib.
Bu inkişaflar Türk dünyasında parlamentlərarası əməkdaşlığın dərinləşməsi və institusional strukturun gücləndirilməsi baxımından mühüm perspektivlər vəd edir.
Mövzu ilə bağlı AMEA Türk xalqlarının fəlsəfi fikir tarixi və müasir fəlsəfəsi şöbəsinin müdiri, dosent Faiq Ələkbərli Sherg.az-a açıqlamasında TDT-nin yeni bir gücə çevrildiyini söyləyib:

"Bu baxımdan Türk Dövlətləri Təşkilatı ilə paralel olaraq, TürkPA-nın (Türk Dövlətləri Parlament Assambleyası) da yeni bir mərhələyə qədəm qoyması gözləniləndir. TDT-nin üzvlərindən biri olan Özbəkistanın TürkPA-da da təmsil olunması təbiidir. Əslində, bu addım çoxdan gözlənilirdi. Çünki Özbəkistan artıq TDT-nin rəsmi üzvü kimi təşkilatın fəaliyyətində fəal iştirak edir. Bu baxımdan onun TürkPA-da da rəsmən fəaliyyətə başlaması məntiqi və təbii bir prosesdir.
Hazırda TürkPA-da dörd əsas dövlət-Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan təmsil olunur. Özbəkistanın da bu assambleyaya qoşulması ilə üzv dövlətlərin sayı beşə çatacaq. Eyni zamanda ümid edirik ki, Türkmənistan və Şimali Kipr Türk Cümhuriyyəti də gələcəkdə bu quruma qatılacaq. Bundan başqa, Macarıstan və digər dost dövlətlərin həm TDT-də, həm də TürkPA-da təmsil olunması perspektivi də mövcuddur".
Ekspert TDT-nin inkişafı fonunda gələcəkdə TürkPA-nın da daha geniş səlahiyyətlərə malik, tamhüquqlu bir Türk Parlamentinə çevrilməsi gözlənildiyini qeyd edib:
"Belə bir strukturun formalaşması artıq real bir ehtimala çevrilməkdədir. Bu Parlamentdə yalnız müstəqil türk dövlətləri deyil, həmçinin digər türk xalqlarının nümayəndələrinin-millət vəkillərinin də təmsil olunması mümkündür və bu, ümumtürk birliyi baxımından mühüm əhəmiyyət daşıyır.
Əsas məqsəd TDT-ni icraedici orqan, Türk Parlamentini isə qanunverici orqan kimi paralel şəkildə fəaliyyət göstərən, bir-birini tamamlayan qurumlara çevirməkdir. Bu model həm müstəqil türk dövlətləri, həm də yarımmüstəqil və ya hüquqi statusu olmayan türk xalqları üçün böyük ümidlər və müsbət gələcək vəd edir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tuskdan Zelenskiyə: Siz tək deyilsiniz!
18:20 15.10.2026
Dünya
Səidə Mirziyoyeva Ərdoğanla görüşdü
17:50 15.10.2026
Gündəm
Paşinyan sülh sazişini bilərəkdən uzadır - ŞƏRH
17:36 15.10.2026
Gündəm
Gürcüstan müxalifəti etiraz aksiyaları elan edib
17:19 15.10.2026
Region
Kobaxidze Ermənistana səfər edib
17:13 15.10.2026
Gündəm
Onlar Mətbuat Şurasından gedir
17:07 15.10.2026
Media
Azərbaycan-Türkiyə qardaşlığını heç kim poza bilməz - TƏHLİL
16:42 15.10.2026
Gündəm
DTX tərəfindən saxlanılan Saleh Səmədova hökm oxunub
16:17 15.10.2026
Hadisə
3+3 formatında növbəti görüş Azərbaycanda keçirilə bilər
16:03 15.10.2026
Gündəm
İlham Əliyev Hakan Fidanı qəbul etdi
15:50 15.10.2026
Gündəm
Fransa yenə də Ermənistanın arxasındadır - Politoloq
15:29 15.10.2026
Gündəm
"Novaya Qazeta" qəzetinin baş redaktorunun evində axtarış aparılır
14:39 15.10.2026
Dünya