Tokayev: Azərbaycanın sədrliyi ilə də TDT fəaliyyətini uğurla davam etdirəcək

Türk xalqları hər zaman birgə köklərlə bir-birinə bağlıdır. Bu, bizim həmrəyliyimizin bariz nümunəsidir.
Sherg.az xəbər verir ki, bunu Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə görüşündə deyib.

O bildirib ki, TDT bu gün nüfuzlu platformaya çevrilib.

Qazaxıstan lideri Azərbaycanın sədrliyində də TDT-nin fəaliyyətini uğurla davam etdirəcəyinə inamını ifadə edib.