
Tramp sülh lideri kimi tarixə düşmək istəyir - ŞƏRH
04:47 21.10.2025
Siyasət
517
Avropa isə Trampın planından narahatdır, müharibənin bitməsini istəmir
“Almaniya, Fransa, Böyük Britaniya, Polşa Trampın Rusiyaya güzəştə getməsini Avropanın təhlükəsizliyi üçün təhdid hesab edirlər”
ABŞ Prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinlə görüşənə qədər Rusiya ilə eskalasiyanın qarşısını almaq üçün “Tomahavk”ı vermədi. Bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib. Onun sözlərinə görə, Putini Trampa zəng etməyə vadar edən məhz uzaqmənzilli raketlər məsələsi olub: "Ukrayna hazırda “Tomahavk” raketləri ilə bağlı ABŞ prezidentinə müraciət etmək istəyən Avropa liderləri ilə daimi əlaqə saxlayır. Axı Avropa ölkələrində də bunlardan var. Prezident Trampla görüşdən dərhal sonra Avropa liderləri ilə danışdıq. Onlar Trampa bu xahişlə yaxınlaşmaq istəyirlər". Zelenski əlavə edib ki, Ukrayna beynəlxalq tərəfdaşları ilə birlikdə Rusiya ilə müharibəni potensial olaraq bitirməyə yaxınlaşıb. Onun sözlərinə görə, bu, ilk növbədə ABŞ Prezidenti Donald Trampın səyləri ilə bağlıdır: "Müharibə tez bitə bilməz, çünki Ukrayna üç ildən artıqdır ki, Rusiya ordusu ilə qarşı-qarşıyadır. Lakin hazırda dünyada müharibənin dayandırılması üçün güclü siyasi tələb yaranır". O, ABŞ və Rusiya prezidentləri - Donald Tramp və Vladimir Putin arasında Budapeştdə keçiriləcək görüşə qoşulmağa hazır olduğunu bildirib. Ukrayna liderinin fikrincə, Qəzzada atəşkəsə nail olmaq üçün Tramp Putinə HƏMAS-a etdiyindən daha çox təzyiq göstərməlidir: "Ukraynadakı müharibə Yaxın Şərqdəkindən daha böyükdür və Rusiya ordusu dünyada ikinci ən böyük ordudur, ona görə də daha çox təzyiq lazımdır". Qeyd edək ki, Tramp Ağ Evdə keçirdiyi görüş zamanı ukraynalı həmkarı Volodimir Zelenskini Rusiyanın müharibəni dayandırmaq üçün şərtlərini qəbul etməyə çağırıb və xəbərdarlıq edib ki, bunu etməsə, Rusiya lideri Vladimir Putin Ukraynanı məhv edəcək.
Politoloq Məhəmməd Əsədullazadə Sherg.az-a deyib ki, Rusiya-Ukrayna müharibəsinin gedişində Kiyevin müəyyən hərbi üstünlükləri var idi. Hətta ABŞ Ukraynaya uzunmənzilli raketlərin verilməsini də elan etmişdi. Rusiya tərəfi də bundan narahat idi:

"Amma Ukrayna prezidenti V.Zelenskinin ABŞ-yə səfərindən öncə Trampla Putin arasında telefon danışığı oldu. Putin Trampı Qəzzada sülhə görə alqışladı, onu təriflədi. Bununla da, Zelenskinin ABŞ-yə səfərinin mənfi iqtiqamətə yönəlməsinə, istənilən nəticə verməməsinə nail oldu. Tramp-Zelenski arasında 2 saatlıq görüş nəticəsiz başa çatdı. Hətta Putin Trampla telefon danışığında Donbasın tamamilə Rusiyaya verilməsi çərçivəsində Xerson və Zaporojyedən geri çəkiləcəyini bildirib. Görünür, Tramp da bununla razıdır. Zelenski ilə görüşdə Kiyev hökumətinə ABŞ tərəfindən ciddi təzyiq göstərildiyi iddia olunur. Ümumiyyətlə, D.Trampın əsas məqsədi ondan ibarətdir ki, tezliklə Rusiya-Ukrayna münaqişəsini bitirsin. Çünki digər münaqişələri həll etdiyini vurğulayır. Putinin də təklifləri Trampın xoşuna gəlib".
Siyasi şərhçi hesab edir ki, artıq gündəmdə Budapeştdə tərəflər arasında görüşün baş tutacağıdır:
"Söhbət Putin və Tramp arasında keçiriləcək görüşdən gedir. Avropa liderləri prosesin gedişindən narahatdır, çünki onlar müharibənin davam etməsində maraqlıdırlar. Xüsusən, Almaniya, Fransa, Böyük Britaniya, Polşa Trampın Rusiyaya güzəştə getməsini Avropanın təhlükəsizliyi üçün təhdid hesab edirlər. Ona görə də Putinin və eləcə də Trampın planlarına razılıq vermirlər. Avropa Birliyinin birmənalı olaraq Ukraynanın yanında yer almaları müharibənin davam etməsi deməkdir. Rusiyanın NATO qarşısında qalib olması qeyri-mümkündür. NATO-nun hərbi gücü Rusiyadan 20 dəfə böyükdür. Rusiya sadəcə çalışır ki, Qərb blokunu parçalasın, torpaq güzəştləri əldə etsin, Avropanı təhdid altında saxlasın. Tramp üçün isə bunların əhəmiyyəti yoxdur. Onun məqsədi sülh missiyasını həyata keçirən lider kimi tarixdə qalmaqdır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bakı-Vyentyan xəttində yeni gediş: Azərbaycan Asiyaya açılır
14:17 15.10.2026
Gündəm
Səidə Mirziyoyeva Bayraktarla görüşdü
14:01 15.10.2026
Dünya
Əhaliyə xəbərdarlıq: Bu gündən başlayır, 2 gün davam edəcək...
13:54 15.10.2026
Ekologiya
Paşinyan: Ermənistanın Rusiya ilə münasibətləri heç vaxt soyumayıb
13:29 15.10.2026
Dünya
Husilər Mədinəyə hücum etdilər
13:27 15.10.2026
Dünya
Tacikistan Prezidenti AQEM-də bir sıra təkliflərlə çıxış edib
13:26 15.10.2026
Gündəm
Paşinyanın sülh mükafatı kimi aldığı pul bank hesabına köçürüləcək
13:11 15.10.2026
Gündəm
Paşinyan Azərbaycanla sülhü 2031-ci ilə saxlayır
12:23 15.10.2026
Gündəm
Azərbaycanda “Rəqəmsal rabitə” informasiya sistemi yaradılır
12:20 15.10.2026
Gündəm
İlham Əliyev: Laosun AQEM-ə üzvlüyünü yüksək qiymətləndiririk
12:19 15.10.2026
Gündəm
İshaq Dar Bakıda olan Hakan Fidana zəng etdi
11:38 15.10.2026
Dünya
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir
11:35 15.10.2026
Gündəm