
Türk Dövlətləri Təşkilatı: Real güc...
16:52 05.11.2025
Siyasət
45
Bizim başqa yolumuz yoxdur
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Qırğızıstana rəsmi səfəri çərçivəsində bu ölkənin xarici işlər naziri Ceenbek Kulubayevlə görüşüb. Görüşdə regional və beynəlxalq təşkilatlar çərçivəsində münasibətlərin inkişafının önəmi vurğulanıb. Xüsusilə Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində əməkdaşlığın geniş perspektivlərinin mövcudluğu, habelə mövcud potensialdan istifadə olunması istiqamətində TDT-yə üzv dövlətlər arasında intensiv təmasların vacibliyi vurğulanıb. Bu xüsusda, TDT-nin cari ilin iyul ayında Şuşa şəhərində keçiriləcək növbədənkənar zirvə görüşünün və oktyabr ayında Bişkekdə keçiriləcək rəsmi sammitin Təşkilatın inkişafına xidmət edəcək təmaslardan biri olacağına dair inam ifadə olunub. Nazir Ceyhun Bayramov Azərbaycan və Qırğızıstan arasında tarixi dostluq və qardaşlıq əlaqələrinin ölkə liderləri arasında mövcud qarşılıqlı etimad və siyasi dialoq nəticəsində daha da möhkəmləndiyini vurğulayıb. “Azərbaycan Respublikası və Qırğız Respublikası arasında Strateji Tərəfdaşlıq haqqında Bəyannamə” ilə bu qardaşlığın təsbit olunduğu qeyd olunub. Qarşılıqlı səfər və təmasların mövcud strateji tərəfdaşlıq münasibətlərinin inkişafına təkan verdiyi diqqətə çatdırılıb. Diqqətə çatdırılıb ki, Qırğızıstanın təşəbbüsü ilə Ağdamın Xıdırlı kəndində orta məktəb inşa ediləcək. Məlumat üçün əlavə edək ki, son günlər Türk Dövlətləri Təşkilatının inkişafı istiqamətində addımlar atılmaqdadır. Ötən gün Türkiyə Xarici İşlər Nazirliyində Türk Dövlətləri Təşkilatı Departamenti yaradılıb. Bu departamenti yaratmaqla Türkiyə xarici siyasətində türk dövlətləri ilə əlaqələrinin inkişafına nə qədər böyük önəm verdiyini bir daha göstərir. Türkiyə TDT daxilində onsuz da bu quruma üzv olan əsas ölkələr - Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Özbəkistanla ikitərəfli siyasi, iqtisadi, mədəni əlaqələrə malikdir və bu əlaqələr hər keçən gün daha da dərinləşir. Türkmənistan, Macarıstan və Şimali Kipr Türk Cümhuriyyəti də müşahidəçi statusda bu qurumda təmsil olunurlar. Gözləntilər ondan xəbər verir ki, bu qurumun çətiri altında gələcəkdə bütün türk dövlətləri siyasi, iqtisadi, mədəni, hətta hərbi birliklərini yaratmaqla yeni bir qlobal güc mərkəzinə çevriləcək. Bölgədə yaranan bu güclü Türk Birliyinin həm idarəçilik, həm də genişləndirilməsi baxımından çevik idarəçilik mexanizmlərinə də ehtiyac var. Paralel olaraq TDT-də təmsil olunan digər dövlətlər də öz xarici siyasət kursunda bunu nəzərə ala bilərlər.
Türkoloq-alim Faiq Ələkbərli "Sherg.az"a açıqlamasında bildirib ki, son aylarda Türk Dövlətləri Təşkilatının daha da güclənməsi hiss olunur. Alimin sözlərinə görə, aktiv şəkildə tədbirlər keçirilir:

"Türk Dövlətləri Təşkilatı dünyanın real güclərindən birinə çevrilməkdədir. Bu, gerçəklikdir. Düzdür, hələlik TDT istənilən səviyyədə deyil, amma artıq qəbul olunmağa başlanılıb və bu, önəmli faktordur. Türk respublikaları arasında sıx əməkdaşlığın olması, ardıcıl səfərlərin təşkili çox mühümdür. Türk Dövlətləri Təşkilatına üzv olan ölkələr arasında həm ikitərəfli, həm də çoxtərəfli təmaslar intensiv olarsa, Türk Birliyi, Türk Dünyası da o qədər inteqrasiya edər, möhkəmlənər. O baxımdan gediş-gəlişlərin təşkil olunması və hərtərəfli sazişlərin imzalanması olduqca zəruridir. Türkiyə Xarici İşlər Nazirliyinin nəzdində ayrıca TDT Departamentinin yaradılması da çox müsbət addımdır. Yəqin ki, eyni addımı digər türk dövlətləri də atacaq. Müəyyən qurumların, nazirliklərin yaranması da istisna olunmur. Məqsəd Türk Dövlətləri Təşkilatını real gücə çevirməkdir. Bizim başqa yolumuz yoxdur. Müstəqil türk dövlətlərinin, muxtar respublikaların, müstəqil olmayan türk xalqlarının bir dam altında birləşməsi çox vacibdir. Çoxqütblü dünyada hansı mərkəzlər hərbi-siyasi baxımdan güclü olacaqsa, özlərini qoruya biləcəklər. Artıq bir neçə dövlətin birlik halında özünü qorumağa çalışması reallığa çevrilib. TDT-nin vahid ordusunun formalaşması, ortaq pul vahidinin olması, siyasi, iqtisadi, mədəni faktorların güclənməsi çox önəmlidir. Biz də öz gücümüzü ortaya qoymalıyıq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
MDB artıq Azərbaycan üçün dar çərçivədir - POLİTOLOQ
16:10 17.03.2026
Siyasət
Albaniya SEPAH-ı terror təşkilatı kimi tanıyıb
16:07 17.03.2026
Gündəm
İranda dini rejim dağılacaq, hərbi hökumət qurulacaq - Bolton
16:04 17.03.2026
Dünya
Daha bir avtobusda gediş haqqı 60 qəpik olub
15:56 17.03.2026
İnfrastruktur
Sürət qatarına daş atan yeniyetmələr polisə çağırılıb
15:12 17.03.2026
Hadisə
Müctəba Xamenei iki ölkənin təklifini rədd etdi
14:13 17.03.2026
Gündəm
Qarşıdurma uzanır: İranın cavabı bütün planları pozdu - RƏY
14:12 17.03.2026
Aktual
SEPAH-ın yüksək vəzifəli generalları öldürüldü
14:06 17.03.2026
Gündəm
Zelenski: Müharibə ABŞ-dən də uzaqda deyil
14:01 17.03.2026
Dünya
Aİ Hörmüz boğazı ilə bağlı diplomatik həll yolu axtarır
13:59 17.03.2026
Dünya
Azərbaycanlı turistlər xaricdə 1.5 mlrd. dollar xərcləyiblər
13:50 17.03.2026
Aktual
İsrailin müdafiə naziri: Əli Laricani öldürülüb - YENİLƏNİB
13:48 17.03.2026
Gündəm
Şəhərdə əlçatanlıq yoxdur, sakinlər əziyyət çəkir - Ekspert
13:45 17.03.2026
İnfrastruktur
Uşaq evlərinin sakinləri ahıllar evini ziyarət etdi
12:46 17.03.2026
Cəmiyyət