Türk NATO-su üçün ilk addımlar: Ağdam və Xocalı strateji qərargah ola bilər
12:37 13.10.2025
Siyasət
338
ABŞ və Böyük Britaniya TDT layihəsində maraqlıdır
Məlum olduğu kimi Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşündə çıxışı zamanı üzv ölkələrin birgə hərbi təlimlərinin keçirilməsini təklif etmişdi. Dövlət başçısı ölkələrimiz arasında hərbi, müdafiə və təhlükəsizlik sahələrində geniş əməkdaşlığı nəzərə alaraq, 2026-cı ildə Azərbaycanda Türk Dövlətləri Təşkilatına üzv ölkələrin birgə hərbi təliminin keçirilməsi təklifini irəli sürmüşdü. Günlərdir Prezidentin bu unikal təklifi müzakirə olunmaqdadır.
TDT hələlik ortaq hərbi təlimlər keçirməyib. Amma təşkilata üzv olan ölkələr, məsələn, Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan ortaq hərbi təlimlər təşkil ediblər. Ekspertlərə görə, hazırda belə bir təlimə çox ehtiyac var.
Politoloq Turan Rzayev Sherg.az-a açıqlamasında bildirib ki, TDT-yə tamhüquqlu və müşahidəçi üzv olan ölkələrin heç də hamısı eyni hərbi sistemə sahib deyillər. Siyasi şərhçinin sözlərinə görə, Macarıstan NATO, Türkiyə NATO və yerli ordu modelinə sahib olduğu halda, Mərkəzi Asiya ölkələrinin çoxu keçmiş SSRİ hərbi sisteminə malikdir:
"Azərbaycan isə xüsusilə son illərdə aparılan islahatlarla, NATO və Türkiyə modelinə yönəlib. Yəni təşkilat daxilində vahid ordu sistemi yoxdur. Bu ordu sistemini formalaşdırmaq üçün ilk növbədə Azərbaycan Prezidentinin qeyd etdiyi kimi birgə hərbi təlim keçirilməlidir. Beləliklə üzv və müşahidəçi üzv ölkələrin orduları arasındakı fərqlər müəyyən edilə və bu, gələcəkdə ortaq TDT ordusunun yaradılması praktikasına hazırlıq sayıla bilər. Fərqlər qədər, əskikliklərin müəyyən olunması da mühümdür. Bu təlimlər gələcəkdə “Türk NATO-su”nun yaranması üçün mühüm hazırlıq ola bilər. TDT-nin gələcəkdə NATO-ya bənzər təhlükəsizlik mexanizmlərinə və Avropa İttifaqına (Aİ) bənzər iqtisadi inteqrasiyaya sahib olması mümkündür. Hətta bu prosesdə ABŞ və Böyük Britaniya da maraqlıdır".
T.Rzayev əlavə edib ki, NATO istisnalar xaric daha çox Avropa xarakterli hərbi təşkilatdır:
"Bu mənada, ABŞ bütün ölkələri Alyansa üzv etməkdənsə, digər qitə və strateji regionlarda NATO bənzəri təşkilatların yaranmasına dəstək verir. İstisna deyil ki, sözügedən layihənin gerçəkləşməsi halında ehtimal mərkəz qərargahı Türkiyədə olacaq. Lakin bununla belə, Azərbaycanda da mərkəz qərargah yerləşə bilər. Xüsusən vaxtilə Türkiyə-Rusiya müşahidə məntəqəsinin yerləşdiyi Ağdam, ya da Rusiya sülhməramlılarının yerləşdiyi Xocalıda qərargahın qurulması mümkündür".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İran Oman körfəzində tankeri vurdu
19:42 15.10.2026
Gündəm
İranlı general: Quru əməliyyatları ABŞ-yə baha başa gələcək
19:34 15.10.2026
Aktual
Yəməndə prezident sarayı raket hücumuna məruz qalıb
19:21 15.10.2026
Aktual
ÇL: Həftənin ən yaxşı futbolçusu bilinib
19:10 15.10.2026
Futbol
Erlinq Holand Lionel Messinin iki rekordunu qırdı
19:02 15.10.2026
Futbol
Litva və Ukrayna PUA komponentlərini birgə istehsal edəcək
18:54 15.10.2026
Aktual
Fyodor Şukin Dağıstanın rəhbəri seçildi
18:46 15.10.2026
Dünya
Tuskdan Zelenskiyə: Siz tək deyilsiniz!
18:20 15.10.2026
Dünya
Səidə Mirziyoyeva Ərdoğanla görüşdü
17:50 15.10.2026
Gündəm
Paşinyan sülh sazişini bilərəkdən uzadır - ŞƏRH
17:36 15.10.2026
Gündəm
Gürcüstan müxalifəti etiraz aksiyaları elan edib
17:19 15.10.2026
Region
Kobaxidze Ermənistana səfər edib
17:13 15.10.2026
Gündəm
Onlar Mətbuat Şurasından gedir
17:07 15.10.2026
Media
Azərbaycan-Türkiyə qardaşlığını heç kim poza bilməz - TƏHLİL
16:42 15.10.2026
Gündəm