Türkiyənin daxili işlər naziri Azərbaycan səfiri ilə görüşdü

Türkiyənin daxili işlər naziri Mustafa Çiftçi Azərbaycanın Ankaradakı səfiri Rəşad Məmmədovu qəbul edib.

Teleqraf xəbər verir ki, bu barədə Azərbaycanın Türkiyədəki səfirliyi məlumat yayıb.

Məlumata görə, görüş zamanı iki qardaş ölkənin müvafiq qurumları arasında əməkdaşlığın və birgə fəaliyyətin daha da gücləndirilməsi ilə bağlı məsələlər müzakirə olunub.