Üçtərəfli görüş: “Vəziyyət “pis sülh” epiteti altında gizlədilir” – AKTUAL
Yusif Nəzərli
06:08 20.10.2021
Siyasət
856
Moskvada Azərbaycan, Rusiya və Ermənistan üçtərəfli İşçi Qrupunun növbəti iclası keçiriləcək.Görüşdə üç ölkənin Baş nazirlərinin müavinləri Şahin Mustafayev, Aleksey Overçuk və Mqer Qriqoryan iştirak edəcəklər. Qeyd edək ki, Azərbaycan-Ermənistan dövlət sərhədində vəziyyətin gərginləşməsi səbəbindən İşçi Qrupun işində müvəqqəti fasilə yaranmışdı, lakin son vaxtlar üçtərəfli formatda görüşlər yenidən başlayıb.
Görüşü şərh edən siyasi şərhçi Aqşin Kərimov "Şərq"ə açıqlamasında üçtərəfli İşçi Qrupunun növbəti iclasının keçirilməsi ərəfəsində verilən bəzi bəyanatlara və baş verən hadisələrə diqqət çəkməyin zəruri olduğunu bəyan edib. Onun sözlərinə görə, bundan əvvəl ABŞ Zəngəzur dəhlizinin reallaşmasında maraqlı idisə, indi bu marağını şübhələr əvəzləyir:
"ABŞ hazırda Qafqazda 3+3 formatında regional əməkdaşlıq platformasına tərəddüdlə yanaşır, bunun səbəbləri sırasında dayanan amil Rusiyanın son zamanlar təşəbbüsü ələ almasıdır. Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasına hazırlıqların getdiyi bir zamanda Rusiya lideri Vladimir Putin MDB dövlət başçılarının sammitində belə fikir işlətdi: “Pis sülh yaxşı müharibən yaxşıdır”. Bu fikirdəki kodları necə oxuyaq? Məncə, bu mesaj Qarabağ məsələsində Rusiya ilə Qərbin çəkici eyni nöqtəyə vura bilməməsinə işarədir. Ona görə də Putin hazırki məqamdakı sülh sazişinin şifahi müqəddiməsindəki situasiyanı “pis sülh” epiteti altında gizlədir. Türkiyə amilinə gəlincə, Qərblə Türkiyə arasında da fikir ayrılıqları yaşanır, sözsüz ki, bu, Ankara ilə Qərbin, o cümlədən Vaşinqtonun Qarabağa münasibətdə vahid NATO standartları ilə yanaşmasını ən azından təxirə salır. Son günlər Qərb dairələrindən Azərbaycana səfərlər də gerçəkləşir, bu, böyük ehtimal ki, Rusiyanın təşəbbüskarlığını neytrallaşdırmaq niyyətləri güdür. Fikir verin, oktyabrın 18-də müdafiə naziri Zakir Həsənov NATO baş katibinin xarici İşlər və təhlükəsizlik siyasəti üzrə köməkçisinin müavini, Qafqaz və Mərkəzi Asiya üzrə nümayəndəsi Xavyer Kolomina ilə görüş keçirdi. Oktyabrın 19-da isə Prezident İlham Əliyev Avropa İttifaqının xüsusi nümayəndəsi Toivo Klaarı qəbul etdi".
A.Kərimov əlavə edib ki, Qərb regiondakı təhlükəsizlik prioritetlərində özünün maraqlarını Rusiyadan önə çıxarmaq istəyir, bu səfərlərin bir məqsədi də budur:
"Qərb mətbuatında ABŞ-ın Mərkəzi Asiyaya girişini təmin edən amillər üzərindən fikir yürüdülür. Bu kontekstdən yola çıxdıqda isə, ABŞ-ın Mərkəzi Asiya strategiyasında Türkiyə və Azərbaycan faktorundan yararlanmaq istəklərindən danışmaq mümkündür. Baş verənlər kontekstində Moskvada keçiriləcək üçtərəfli görüş regional və qlobal siyasi maraqların iqtisadi maraqlarla uyğunlaşdırılması baxımından önəmlidir. Üçtərəfli komissiya bəllidir ki, siyasi məsələlərdən daha çox postmüharibə dövrünün regional iqtisadi arxitekturasını müəyyən edir. İndi bu iqtisadi maraqların sülh sazişinin imzalanması gözlənilən ərəfədə böyük siyasi maraqlarda öz əksini tapması üzərində baş sındırılır. İran məsələsindən sonra Zəngəzur dəhlizinin “altılıq” formatında reallaşması sual altına düşsə də, bu dəhlizin gerçəkləşməsi zərurətə çevrilir. Üçtərəfli komissiya bu zərurətlərin iqtisadi mexanizmləri üzərində yenidən işləyə bilər".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Aktrisa Nəsrin Cavadzadə səssiz- səmirsiz evləndi
02:34 05.05.2026
Şou
Tramp: ABŞ daha yüksək idxal rüsumları tətbiq edəcək
02:21 05.05.2026
Gündəm
Juninyo "Qarabağ"a qayıdır?
01:53 05.05.2026
Futbol
KİV: ABŞ-da benzinin qiyməti rekord həddə çatıb
01:01 05.05.2026
İqtisadiyyat
Ağ Evin yaxınlığında silah səsləri eşidilib
00:38 05.05.2026
Dünya
Zelenski: Ukrayna mayın 6-dan etibarən “sükut rejimi” elan edir
23:40 04.05.2026
Dünya
Mingəçevirdə tələbə ölüb
23:19 04.05.2026
Hadisə
"Qarabağ" qalib gəldi
23:06 04.05.2026
Futbol
Ciorcia Meloninin Azərbaycana səfəri başa çatıb
22:55 04.05.2026
Siyasət
“Paşinyanı devirmək planı var” - ŞƏRH
22:21 04.05.2026
Gündəm
“Dərslik tənqidləri qeyri-obyektivdir” - Tarix müəllimi
22:16 04.05.2026
Elm və Təhsil
Zelenskidən Paşinyana təklif - KİYEVDƏ KEÇİRİLSİN
21:45 04.05.2026
Gündəm
“Qarabağ” “Turan Tovuz”u məğlub etdi
21:36 04.05.2026
Futbol
Rusiya 8–9 may tarixlərində atəşkəs elan edib
21:34 04.05.2026
Dünya
"Space" TV-nin yeni rəhbəri: Hədəfimiz böyükdür
21:30 04.05.2026
Gündəm
Şəhidin "Vətən uğrunda" medalı İmişlidə ailəsinə təqdim edilib
21:27 04.05.2026
Cəmiyyət