Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin bir qrup əməkdaşı bu ölkənin Azərbaycandakı səfirliyində olub.
Axar.az xəbər verir ki, bu barədə Ukraynanın Azərbaycandakı səfiri Yuri Qusev X hesabında yazıb.
"Keçən il Tokioda UMAC zamanı (Ukraine Mine Action Conference 2025) imzalanmış Anlaşma Memorandumuna əsasən ANAMA (Azərbaycan Minatəmizləmə Agentliyi) ilə əməkdaşlıq davam edir", - o qeyd edib.
Qusevin sözlərinə görə, təlim, təcrübə mübadiləsi və minatəmizləmə fəaliyyətində konkret addımlar atılır:
"Həmrəylik və dəstəyə görə Azərbaycana minnətdarıq".