YAP-dan Ramiz Mehdiyevin həbsinə reaksiya
Yusif Nəzərli
07:55 15.10.2025
Siyasət
488
Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA-nın keçmiş prezidenti, akademik Ramiz Mehdiyevlə bağlı həbs qərarı və bir çox məsələlərin ortaya çıxması təəssüf doğurur. Bu işin araşdırılması üçün həmin sahənin mütəxəsisləri ciddi şəkildə axtarış aparıb, faktları tapıblar, sübutlar var.
Sherg.az xəbər verir ki, bu sözləri Teleqraf-a YAP İdarə Heyətinin üzvü və Veteranlar Şurasının sədri Arif Rəhimzadə deyib.
O qeyd edib ki, uzun müddət dövlət idarəçiliyində yüksək postda çalışmış şəxsin sonradan belə əməlləri ortaya çıxıb:
“Eyni zamanda bu əməllər araşdırılmalıdır ki, o hansı dövrdə olub. Bunu da araşdırmaq lazımdır. Ola bilsin ki, o işdən çıxdıqdan sonra nalayiq işlərlə məşğul olmağa başlayıb. Məhkəmə olacaq və orada bu məsələlər açılacaq”.
Arif Rəhimzadə bildirib ki, vəzifəsindən tutduğu postdan asılı olmayaraq xətan varsa, cəzanı çəkəcəksən:
“Demokratiyanın ən bariz nümunəsi də məhz budur. Ola bilsin ki, onun iş dövründə böyük nailiyyətləri də olub. Amma eyni zamanda xəta edirsənsə, ona cavab verməlisən, cəzasını çəkməlisən”.
YAP İdarə Heyətinin üzvü Ramiz Mehdiyevin hazırda YAP Veteranlar Şurasında qaldığını da bildirib:
“Ancaq onun YAP-da heç bir fəaliyyəti yoxdur. Bu məsələ olmasaydı belə o YAP-dan uzaqlaşdırılmalı idi. Bununla bağlı hələlik hər hansı bir məsələ qaldırılmayıb. Amma mütləq qərar veriləcək”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tuskdan Zelenskiyə: Siz tək deyilsiniz!
18:20 15.10.2026
Dünya
Səidə Mirziyoyeva Ərdoğanla görüşdü
17:50 15.10.2026
Gündəm
Paşinyan sülh sazişini bilərəkdən uzadır - ŞƏRH
17:36 15.10.2026
Gündəm
Gürcüstan müxalifəti etiraz aksiyaları elan edib
17:19 15.10.2026
Region
Kobaxidze Ermənistana səfər edib
17:13 15.10.2026
Gündəm
Onlar Mətbuat Şurasından gedir
17:07 15.10.2026
Media
Azərbaycan-Türkiyə qardaşlığını heç kim poza bilməz - TƏHLİL
16:42 15.10.2026
Gündəm
DTX tərəfindən saxlanılan Saleh Səmədova hökm oxunub
16:17 15.10.2026
Hadisə
3+3 formatında növbəti görüş Azərbaycanda keçirilə bilər
16:03 15.10.2026
Gündəm
İlham Əliyev Hakan Fidanı qəbul etdi
15:50 15.10.2026
Gündəm
Fransa yenə də Ermənistanın arxasındadır - Politoloq
15:29 15.10.2026
Gündəm
"Novaya Qazeta" qəzetinin baş redaktorunun evində axtarış aparılır
14:39 15.10.2026
Dünya