Zərdüşt Əlizadə: "Ermənistan uzun illər xəstə toplum olub"
Yusif Nəzərli
07:39 25.10.2025
Siyasət
831
"İndi erməni cəmiyyəti dəyişir, barış səsi güclənir"
“Paşinyandan öncə hamı antitürk idi, indi reallığı qəbul edənlər çoxalır”
"Gec-tez sülh bağlanmalı, iki qonşu xalq normal əməkdaşlıq şəraitində yaşamalıdır"
İrəvanda Azərbaycan və Ermənistan arasında etimad quruculuğu istiqamətində mühüm bir addım atıldı. İlk dəfə olaraq hər iki ölkənin vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə görüş keçirildi. Bu görüş təkcə diplomatik masada deyil, həm də ictimai səviyyədə sülhə dəstəyin formalaşması baxımından mühüm əhəmiyyət daşıyır. İki ölkə arasında etimadın möhkəmləndirilməsi prosesinin artıq siyasi dairələrlə məhdudlaşmaması, cəmiyyətlərin birbaşa ünsiyyət qurmağa başlaması yeni mərhələnin başlanğıcını göstərir. Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrinin ilk görüşü və parlament sədrlərinin dialoqu Vaşinqtonda start verilmiş sülh prosesinin, sadəcə kağız üzərində qalmadığını ortaya qoyur. Bu, uzun bir yolun başlanğıcıdır. 30 illik münaqişənin yaratdığı dərin uçurumdan sonra ilk kövrək addım vacib funksiyanı yerinə yetirir. Bu təmaslar insanlara digər tərəfdə də danışa biləcəkləri, dinləyə biləcəkləri və bəlkə də, gələcəkdə anlaya biləcəkləri insanların olduğunu göstərir. Siyasətçilərin və diplomatların soyuq və rəsmi mətnlərindən fərqli olaraq vətəndaş cəmiyyəti dialoqu birbaşa emosiyalara, fərdi talelərə və insani dəyərlərə toxunmaq potensialına malikdir. Cəmiyyətlərin yaxınlaşması, sülh şəraitində birgəyaşayışın hüquqi-siyasi əsaslarının yaradılması və qarşılıqlı addımlar istiqamətində müzakirələrin aparılması dialoqun əsas mahiyyətini təşkil edir. Əlbəttə, unutmaq olmaz ki, Azərbaycanda böyük bir nəsil işğal və müharibə şəraitində yaşayıb. Yurd həsrəti, şəhidlərin acısı, məcburi köçkünlərin taleyi hər bir azərbaycanlının yaddaşına həkk olunub. Lakin 44 günlük Vətən müharibəsi ilə tarixi ədalətin bərpa edilməsi Azərbaycan cəmiyyətində quruculuğa və sülhə yönəlik psixoloji zəmin yaratdı. Azərbaycanlılar müharibənin nə olduğunu və sülhün dəyərini çox yaxşı bilirlər. Məhz bu səbəbdən cəmiyyətlərin sülhə hazırlanması və vətəndaşlar arasında birbaşa ünsiyyətin qurulması ilə etimad mühitinin möhkəmləndirilməsi təşəbbüsü Bakının strateji sülh gündəminin ayrılmaz hissəsidir.
Politoloq Zərdüşt Əlizadə Sherg.az-a deyib ki, Ermənistanda türk düşmənçiliyini təbliğ edən qüvvələrlə yanaşı, çox az sayda sağlam düşüncədə olanlar da var. Ekspert vurğulayıb ki, onlar bəşəri dəyərlərə söykənərək iki qonşu xalqın mehriban, bərabərhüquqlu yaşamaq haqqını müdafiə edirlər:
"Reallıq odur ki, uzun illər boyu erməni cəmiyyəti xəstə toplum olub. Türklərə açıq-aşkar düşmənçilik, nifrət Ermənistanın siyasətinin əsasını, ideoloji xəttini təşkil edib. Azərbaycana nifrət ermənilərin dövlət siyasətinin təməlində dayanıb. Bununla yanaşı, ötən dövrlərdə 3-5 erməni bu siyasətin yanlışlığını dilə gətirib. Hətta buna görə təqiblərə məruz qalıblar, döyülüb, söyülüblər. Əslində, eyni mənzərə bizim cəmiyyətdə də var. Torpaqlarımız işğal altında olarkən, yəni 2020-ci ilin müharibəsinədək Azərbaycan cəmiyyətində də ermənilərə münasibətdə haqlı düşmənçilik və nifrət böyük idi. Cəmiyyətimizdə də erməniləri söyür, qarğış edirdilər. Kimsə ermənini daha çox söyürdüsə, o qədər qəhrəman sayılırdı. İndi vəziyyət fərqlidir, torpaqlarımız işğaldan azad edilib, suverenliyimiz bərpa olunub, sülh prosesi gedir. Çoxları düşünür ki, qonşular arasında müharibə, münaqişə, ədavət əbədi ola bilməz. Gec-tez sülh bağlanmalı, iki qonşu xalq normal əməkdaşlıq şəraitində yaşamalıdır".
Z.Əlizadə əlavə edib ki, Ermənistan cəmiyyətində də əvvəllər kifayət qədər az olan sülh tərəfdarlarının sayı xeyli artıb:
"Müharibədən sonra erməni ictimaiyyətində reallığı görən və qəbul edənlər çoxalır. Paşinyandan qabaq Ermənistanda rəhbərlikdə təmsil olunan şəxslərin hamısı birbaşa anti-türk əhvali-ruhiyyəsində idi. İndi müxalifətdə olan həmin qüvvələrin ictimai bazası dağılıb. Hazırda Ermənistanda ön planda olan siyasi qüvvələr barış tərəfdarıdır. Vətəndaş cəmiyyətinin nümayəndələri arasında danışıqları alqışlayıram. Çox müsbət hadisə sayıram. Mərhum hüquq müdafiəçisi Georgi Vanyanın vaxtı ilə təzyiqlər, təhqirlər altında söylədiklərini indi Ermənistanda nazirlər, deputatlar, ziyalılar, alimlər, ekspertlər dilə gətirirlər. Çox gözəl, mən bunlara sevinirəm".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Paşinyan Azərbaycanla sülhü 2031-ci ilə saxlayır
12:23 15.10.2026
Gündəm
Azərbaycanda “Rəqəmsal rabitə” informasiya sistemi yaradılır
12:20 15.10.2026
Gündəm
İlham Əliyev: Laosun AQEM-ə üzvlüyünü yüksək qiymətləndiririk
12:19 15.10.2026
Gündəm
İshaq Dar Bakıda olan Hakan Fidana zəng etdi
11:38 15.10.2026
Dünya
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir
11:35 15.10.2026
Gündəm
Ukrayna Voronejdə hərbi aerodrumu vurdu
11:21 15.10.2026
Dünya
Azərbaycanda bəzi xidmət haqları iki dəfə azaldılır
10:57 15.10.2026
Sosial
Brüsseldə keçiriləcək Aİ sammitində büdcədə irəliləyiş gözlənilmir
10:55 15.10.2026
Gündəm
Makaronun süzdükdən sonra suyunu tökməyin
10:47 15.10.2026
Sosial
ABŞ İrana "bombaların anası" ilə zərbə endirəcək
10:35 15.10.2026
Dünya
Hollivud ulduzu zorakılıq iddiasına cavab verib
10:20 15.10.2026
Şou
Meloni ABŞ-Rusiya dizel razılaşmasını riskli adlandırıb
10:14 15.10.2026
Gündəm
Bakıda Azərbaycan və İtaliya hərbçilərinin ekspert görüşü keçirilib
10:11 15.10.2026
Hərbi
Tramp: Mediaya məlumat sızdıran məmurlar güllələnməlidir
09:59 15.10.2026
Gündəm