ABŞ və İran arasında danışıqlar gələn həftə bərpa oluna bilər

ABŞ və İran arasında danışıqlar gələn həftə yenidən başlaya bilər.

Teleqraf xəbər verir ki, bu barədə “The Wall Street Journal” qəzeti mənbələrə istinadən məlumat yayıb.

Bildirilib ki, tərəflər vasitəçilərin iştirakı ilə 14 maddədən ibarət qarşılıqlı anlaşma memorandumu üzərində işləyirlər.

Məlumata görə, danışıqların gələn həftə Pakistanın paytaxtı İslamabadda bərpa olunacağı ehtimal edilir.

Qeyd edək ki, bundan əvvəl Rusiya İran ətrafındakı gərginlik fonunda tərəfləri qarşıdurmadan çəkinməyə çağırmışdı.