Kuşner ABŞ-nin İranla razılaşma şərtini açıqlayıb

ABŞ Prezidenti Donald Tramp İranla razılaşma əldə etməyə hazırdır, lakin bunun üçün Tehran nüvə silahı yaratmaq imkanından imtina etməlidir.

Teleqraf xəbər verir ki, bunu ABŞ Prezidentinin kürəkəni Cared Kuşner “Fox News” telekanalına müsahibəsində deyib.

Kuşnerin sözlərinə görə, İran Vaşinqtonla müzakirə etdiyi razılaşmanı yekunlaşdırmağa və nüvə silahı yaratmaq imkanından imtina etməyə hazır olarsa, Tramp da saziş bağlamağa razıdır.

“Əgər İran bizimlə müzakirə etdiyi razılaşmanı yekunlaşdırmağa və nüvə silahı yaratmaq imkanından imtina etməyə hazırdırsa, Tramp da, əlbəttə, saziş bağlamağa hazırdır. Lakin hazırda onlar bizim üçün məqbul ola biləcək hər hansı addım atmağa maraq göstərmirlər”, - Kuşner bildirib.

O qeyd edib ki, hazırkı mərhələdə Tehran Vaşinqtonun məqbul hesab etdiyi şərtlərlə bağlı maraq nümayiş etdirmir.