Mirzoyan NTV-yə danışdı: "Artıq Azərbaycanla sülhü harada imzalayacağımızı düşünürük"
Yusif Nəzərli
18:15 12.04.2025
Son dəqiqə
1496
Ermənistan və Azərbaycan sülh sazişi mətnində razılığa gəliblər.
Sherg.az türk mediasına istinadən xəbər verir ki, NTV-dən Deniz Kilislioğlu növbəti mərhələni Ermənistanın Xarici İşlər Naziri Ararat Mirzoyanla müzakirə edib. Mirzoyan bildirib ki, Azərbaycanla sülh mövzusunda tarixi bir mərhələyə yaxınlaşıblar.
Ermənistan və Azərbaycan sülh sazişi mətnində razılığa gəldikdən sonra, sənədin qüvvəyə minməsi üçün parlamentlərdən təsdiq gözlənilir. Proses uzun çəkə bilər, hələ də qarşılıqlı tələblər mövcuddur.
Ararat Mirzoyan deyib:
"Tarixdə görünməmiş bir nöqtədəyik. Ermənistan və Azərbaycan sülh sazişinin layihə mətninə dair razılığa gəliblər. Artıq sazişin harada və nə vaxt imzalanacağı ilə bağlı danışıqlara başlaya biləcəyimizi düşünürük. Bu, Ermənistan-Azərbaycan sərhədində, yaxud da İrəvan və Bakının qəbul etdiyi başqa bir ölkədə baş tuta bilər."
ZƏNGƏZUR DƏHLİZİ AÇILACAQMI?
"Əvvəla, bizim heç bir yolun açılması ilə bağlı problemimiz yoxdur. Buradan açılan yollardan ən çox fayda götürəcək tərəflərdən biri də bizik. Lakin burada Azərbaycanın yanaşmasında sərhədlərarası nəzarət məsələsini görürük. Biz bunu qəbul edə bilmərik."
TÜRKİYƏ-ERMƏNİSTAN NORMALLAŞMASI
"Bu mövzuda olduqca aktiv bir dialoqumuz var. İstər iki nazir arasında, istərsə də iki xüsusi nümayəndə arasında görüşlər keçirilir. Bizim yanaşmamız belədir ki, əgər Ermənistan-Türkiyə arasında sərhədləri aça bilsək, bu, Azərbaycanla olan münasibətlərimizə də çox müsbət təsir göstərəcək. Orta Şərqdəki mövqelərimiz bir çox məsələdə bir-birinə yaxındır. Biz bir-birimizə heç vaxt bu qədər yaxın olmamışdıq və bu qədər sülhə yaxınlaşmamışdıq."
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Huawei”in yeni telefon markası “Starlight” olacaq
06:42 31.10.2026
Texnologiya
Xüsusi aparata ehtiyac yoxdur - Tiftiyi bir hərəkətlə yox edir
06:06 31.10.2026
Relaks
Çin Almaniya ilə süni intellekt sahəsində əməkdaşlıq edəcək
05:25 31.10.2026
Dünya
Qırmızı xalıda opüşdülər!
04:50 31.10.2026
Şou
Hakan Fidan Marko Rubio ilə görüşdü
04:14 31.10.2026
Gündəm
Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır
03:33 31.10.2026
Sağlamlıq
"Qızıl top" səsverməsində rəsmi nəticələr açıqlandı
01:32 31.10.2026
Futbol
Erməni ombudsmandan "türk" sözü ilə bağlı - BƏYANAT
01:11 31.10.2026
Cənubi Qafqaz
ABŞ Yaxın Şərqə əlavə hərbi texnika göndərir
00:49 31.10.2026
Gündəm
ABŞ Ukraynaya 500 ədəd "Patriot" raketi satacaq
23:50 30.10.2026
Aktual
Qızılın qiyməti xeyli ucuzlaşdı
23:31 30.10.2026
İqtisadiyyat
Abbasdan Ankaranı aşağılayan addım - Türkiyə “səssiz” qaldı
23:10 30.10.2026
Dünya
Lyayen: Aİ və Kanada unikal tərəfdaşlıq yaradırlar
21:50 30.10.2026
Aktual
Aİ Ukraynaya 2027-ci il üçün 45 milyard avro yardım ayırıb
20:40 30.10.2026
Aktual
Premyer Liqa: "Sabah" səfərdə "Turan Tovuz"a məğlub olub
20:31 30.10.2026
Futbol