Hər azadlıq qərarı həm də bir mesajdır
Azərbaycan dövlətçilik tarixində daha bir ilk yaşanır. 20 min məhbus azadlığa qovuşacaq. Bu, yalnız hüquqi bir qərar deyil, insan talelərinə toxunan, onları həyat uğrunda mübarizəyə ruhlandıran bir addımdır".
Bu barədə siyasi şərhçi Azər Niftiyev Sherg.az-a açıqlamasında deyib.
Ekspert bildirib ki, hər bir məhbusun azadlığı yenidən bir həyatın başlaması deməkdir:
"Valideynlər övladlarını qucaqlaya biləcək, uşaqlar ata sevgisini yenidən hiss edəcək, ailələr təkrar birləşəcək. Təşəbbüs yalnız minlərlə məhbus üçün deyil, cəmiyyət üçün yeni bir başlanğıcdır. Müzəffər Ali Baş Komandan hər bir Azərbaycan vətəndaşının taleyinə hörmətlə yanaşdığını bir daha nümayiş etdirir. Bu amnistiya təşəbbüsündə də yenidən Zəfər səlnaməsi yazılır. Zəfərin iştirakçılarının adı xüsusi keçir. Bu, dövlətin humanist yanaşmasını və cəmiyyətin sosial ədalətə olan inamını göstərir. Hər azadlıq qərarı həm də bir mesajdır: “Hər insan qiymətlidir, hər həyat önəmlidir.” Təkcə qanuni prosedurların icrası deyil, Azərbaycan cəmiyyətində hər kəsin yaşamaq haqqına hörmətin bariz ifadəsidir bu təşəbbüs. 20 min məhbusun azad olması Azərbaycanın beynəlxalq aləmdəki nüfuzunu daha da gücləndirir. Bir daha qosqoca dünyaya göstərir ki, Azərbaycan həm hüquqi, həm də humanist dövlət olaraq vətəndaşının yanındadır. Dövlətin vətəndaşına hörməti və sosial ədalətə sadiqliyi ölkəmizin hər küncündə və hər sahəsində hiss olunmaqdadır".
A.Niftiyev vurğulayıb ki, azadlığa çıxan hər bir insanın hekayəsi cəmiyyət üçün də bir dərsdir:
"İllərlə məhbusluğun yükünü daşıyan bir insan üüün təmiz və yəni bir səhifə açır. Bu səhifə həm onun, həm ailəsinin, həm də cəmiyyətin gələcəyinə işıq salır. Hər bir addım, hər bir nəfəs, hər bir qucaqlaşma azadlığın simvoludur.
Prezident İlham Əliyevin təşəbbüsü 20 min insanın qəlbində ümid yandıran, ailələrdə sevinc doğuran, cəmiyyətdə birliyi gücləndirən tarixi addımdır. Bu, Azərbaycanın dövlətçilik məfkurəsinin, insan hüquqlarına və sosial ədalətə verdiyi dəyərin canlı təzahürüdür. Azadlığa çıxan hər bir insan dövlətin humanist siyasətinin ən gözəl sübutudur. Hər addım, hər nəfəs, hər qucaqlaşma bu ölkənin sosial ədalət və insan sevgisinin əyani ifadəsidir".
İsmayıl