Azərbaycanda işsizlərin sayı artıb

Cari ilin fevralın 1-i vəziyyətinə Dövlət Məşğulluq Agentliyinin yerli qurumlarında qeydiyyata alınan işsiz şəxslərin sayı 245,6 min nəfər olub.

Teleqraf Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə Azərbaycanda işsizlərin sayında 8,87% artım qeydə alınıb.

İşsizlərin 51,9 faizini qadınlar təşkil edib. İşsizlikdən sığorta ödənişinin orta aylıq məbləği 446,6 manat olub.

Komitənin məlumatıma görə, 2025-ci il ərzində ölkədə 102,5 min yeni iş yerləri açılıb. Bu dövrdə yaradılmış iş yerlərinin 91,1 faizi qeyridövlət sektorunda açılıb.