Novruz və Ramazan bayramları ilə əlaqədar Bakı Metropoliteni gücləndirilmiş iş rejiminə keçəcək.
Bu barədə "APA-Economics"ə Metropolitendən bildirilib.
Bayram günlərində ehtiyat qatarlar xəttə buraxılması üçün hazır vəziyyətdə saxlanılacaq.
20-21, 25-28 və 30 mart tarixlərində intervallar 28 May-Əhmədli" istiqamətində 2,5 dəqiqə, 22-24 və 29 mart tarixlərində eyni istiqamətdə 3 dəqiqəyədək təşkil edəcək.
Digər sahələr üzrə (20-31 mart) isə interval aşağıdakı kimi olacaq:
"Həzi Aslanov-Əhmədli": 7 dəqiqə
"Avtovağzal-8 Noyabr": 7 dəqiqə
"Avtovağzal-Xocəsən": 14 dəqiqə təşkil edəcək.
Qurum sərnişin təhlükəsizliyi üçün nəzarət tədbirlərini gücləndirəcək.