Baş prokuror əmrlər imzalayıb

Azərbaycanın Hərbi prokurorunun müavini Şəfahət İmranov Abşeron rayon prokuroru vəzifəsinə təyin edilib.

Teleqraf-ın xəbərinə görə, bu barədə Baş prokuror Kamran Əliyevin müvafiq əmr imzalayıb.

Baş Prokurorun digər əmrilə Azərbaycan Respublikası Hərbi prokurorunun sabiq müavini Fuad Məmmədov Tərtər rayon prokuroru vəzifəsinə təyin edilib.

Həmçinin, Kamran Əliyevin digər müvafiq əmrinə əsasən Tərtər rayon prokuroru Əli Qurbanov Tərtər hərbi prokuroru vəzifəsinə təyin edilib.

Baş Prokurorluğun Mətbuat xidmətindən təyinatları təsdiqləyiblər.

Qeyd edək ki, Şəfahət İmranov və Fuad Məmmədov həqiqi hərbi xidmətdən ehtiyata buraxılıb və "Prokurorluq orqanlarında qulluq keçmə haqqında" haqqında Azərbaycan Respublikası Qanununa uyğun olaraq onlara baş ədliyyə müşaviri xüsusi rütbəsi verilib.