Bu gün Cəlilabadın elektrik enerjisinin verilişində fasilə olacaq.
"Azərişıq" ASC-dən verilən məlumata görə, Cəlilabad Elektrik Şəbəkəsinin (EŞ) ərazisində 35/10 kV-luq “Cəlilabad” yarımstansiyasından çıxan 35 kV-luq "Göytəpə" hava xəttində təmir işləri aparılacaq.
Bununla əlaqədar olaraq saat 11:00-dan 13:00-dək Göytəpə şəhərinin bəzi hissələrində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Təmir işləri yekunlaşdıqdan sonra ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.