Buzovna qəsəbəsində işıq olmayacaq

Bu gün Xəzər rayonunun bir hissəsində elektrik enerjisinin verilişində fasilə olacaq.

"Azərişıq" ASC-dən Sherg/az-a verilən məlumata görə, Xəzər Rayon Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) ərazisində təmir işləri aparılacaq.

Bununla əlaqədar olaraq saat 13:30-dan 17:00-dək Buzovna qəsəbəsi Abşeron küçəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Təmir işləri yekunlaşdıqdan sonra sözügedən ərazi daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.