Elnur Rüstəmov: “17 yaşda evlilik emosional və fiziki baxımdan insanı sındırır”
10:06 30.10.2025
Sosial
514
Astarada toyu olan 17 yaşlı qız ölüb.
Astara rayon sakini 2008-ci il təvəllüdlü Ə.İ.-nin Deqədi kəndində şadlıq sarayında toyu olub.
Toydan sonra o, özünü pis hiss edib və təcili olaraq Astara rayon mərkəzi xəstəxanasına hospitalizasiya olunub.
Həkimlərin səylərinə baxmayaraq, onu xilas etmək mümkün olmayıb.
TƏBİB-dən bildirilib ki, pasiyentə 29 həftəlik hamiləlik, ölü döl, köndələn vəziyyət, anuriya, kəskin ağciyər, ürək və böyrək çatmazlığı, toksik ensefalopatiya, septiki şok diaqnozu təyin olunub: "Müalicəsi Reanimasiya şöbəsində davam etdirilib və süni tənəffüs cihazı ilə təmin olunub. Göstərilən bütün reanimasiya tədbirlərinə və həkimlərin çoxsaylı səylərinə baxmayaraq saat 06:00 radələrində pasiyentin bioloji ölüm faktı qeydə alınıb. Meyit təşrih olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Astara rayon şöbəsinə təhvil verilib".
Psixologiya Elmi Tədqiqat İnstitutunun sədri, psixoloq Elnur Rüstəmov Sherg.az-a deyib ki, 17 yaş insanda kimlik formalaşmasının ən həssas dövrüdür:
"Bu yaşda emosional sabitlik hələ tam oturuşmur, həyatla bağlı qərarlar çox zaman ailə və sosial təzyiqlərin təsiri ilə verilir. Belə bir yaşda evlənmək, xüsusilə də hamiləliklə müşayiət olunursa, həm fiziki, həm də psixoloji baxımdan böyük faciə yaradır. Əgər bu gənc qız ailə və cəmiyyət təzyiqi altında evləndirilibsə, toydan sonrakı vəziyyətdə yaşadığı emosional gərginlik, qorxu, stress, utanc və ya həyəcan bədənində kəskin fizioloji reaksiyaya səbəb ola bilər. Bəzən belə hallarda psixosomatik şok, panik atak, hiperventilyasiya sindromu, və ya ürək-damar sistemində qəfil pozulma kimi hallarla müşahidə olunur.
Başqa sözlə, bu ölüm təkcə tibbi deyil, həm də psixoloji gərginliyin nəticəsi də ola bilər. Bu təkcə hüquqi deyil, həm də mədəni-psixoloji problemdir. Təəsüf ki, cəmiyyətimizdə hələ də “qız vaxtında ərə getməlidir” kimi arxaik düşüncə qalır. Bunun da psixoloji səbəblərindən biri əsasən sosial normallaşmadır. Belə ki, insanlar bir davranışı çox gördükcə onu “adi” hesab etməyə başlayır. Patriarxal təfəkkür hələ də bir qism insanlarda qalıb. Onlar üçün qadının həyatda əsas rolu ailə və ana olmaq kimi qəbul edilir. Bunun digər səbəblərindən biri də təhsil və maariflənmənin zəif olmasıdır. Hələ də bir çox valideyn uşağının hüquqlarını, psixoloji inkişaf mərhələlərini anlamır. Bu səbəbdən cəmiyyətin müəyyən hissəsi belə hadisələri problem kimi yox, “adi hadisə” kimi görür. Halbuki, erkən nikah insan haqlarının pozulması, emosional travmanın başlanğıcı və psixoloji yetkinliyin məhv edilməsi deməkdir".
Psixoloqun fikrincə, cəmiyyətin keçmiş psixologiyadan çıxmaması tarixi və sosial köklərə bağlıdır:
"Biz hələ də “Nə deyərlər?” sindromu ilə yaşayırıq. Nəticədə qərarlarımız çox zaman ictimai təzyiqlə formalaşır. Qadının dəyərini onun ailə və analıq funksiyası ilə ölçürük. Emosional maariflənmə hələ də formalaşmayıb. İnsanlar duyğularını, stresini, qorxusunu sağlam yolla ifadə etməyi bilmir. Təhsil və psixoloji dəstək sistemi ailələri bu cür riskli qərarlardan çəkindirmək gücündə deyil. Nəticədə, köhnə düşüncə formaları (məsələn, “qız uşaq tez ərə getsin, yoxsa evdə qalar”) hələ də valideyn davranışlarını yönləndirir. Bu hadisə bir ailənin yox, bir cəmiyyətin faciəsidir. Burada ölümün səbəbini təkcə tibbi yox, həm də sosial və psixoloji kontekstdə axtarmaq lazımdır. Biz təhsili, emosional savadı, psixoloji dəstəyi və hüquqi maariflınməni eyni zamanda gücləndirmədikcə, bu kimi faciələr təkrarlanacaq. Ona görə də gənclərimizin həyatı üzərində qərar verən sistemlər ailə, məktəb, cəmiyyət, din, dövlət psixoloji rifahı prioritet götürməlidir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Miranda Kerr: “Yumurta üçün darıxıram”
14:51 18.10.2026
Şou
25-30 ildən sonra dünyada ölüm halları artacaq
14:18 18.10.2026
Sağlamlıq
“Uzak şehir”də rol alacaq
13:45 18.10.2026
Şou
Erlinq Holann İngiltərə Premyer Liqasında yeni uğura imza atıb
13:39 18.10.2026
Futbol
İranın yeni müdafiə naziri ABŞ-a xəbərdarlıq edib
13:36 18.10.2026
Dünya
Bolqarıstan sərhədində 30 kilometrlik TIR növbəsi yaranıb
13:31 18.10.2026
Hadisə
İranda yeni müdafiə naziri təyin olundu
13:20 18.10.2026
Region
Noyabrda ağacın dibinə 1 stəkan tökün: Yayda bol məhsul əldə edin
12:57 18.10.2026
Maraqlı
Müstəqilliyi əldə etmək qədər onu qorumaq da çətindir - ŞƏRH
12:43 18.10.2026
Gündəm
"Barselona" "Real"ın rekordunu təkrarlayıb
12:27 18.10.2026
Futbol
Lökbatanda anbarda yanğın olub - FOTO
12:17 18.10.2026
Hadisə
Fransada etirazlar zamanı 855 nəfər saxlanılıb
11:45 18.10.2026
Dünya
Litvada PUA səbəbindən hava həyəcanı elan edildi
11:39 18.10.2026
Dünya
Bakı metrosu ilə bağlı MÜJDƏ - Hər kəs bunu gözləyirdi
11:34 18.10.2026
İnfrastruktur
İsraillə müharibə olarsa, NATO Türkiyəni tək qoyacaq
11:31 18.10.2026
Dünya