“Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti qaydası”na əsasən Monitorinq qrupu tərəfindən 15 dövrü və 2 növbədənkənar olmaqla ümumilikdə 17 uşaq müəssisəsində monitorinq aparılıb.
Teleqraf xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Komitənin 2025-ci ildə fəaliyyətinin yekunlarına dair Kollegiya iclasında deyib.
O bildirib ki, onlardan 13-nün fəaliyyəti qənaətbəxş, 3-nün fəaliyyəti qismən qənaətbəxş, 1 müəssisənin fəaliyyəti isə qeyri-qənaətbəxş (“Orbita” özəl uşaq bağçası) hesab edilib.
"Monitorinqlərin nəticələri barədə məlumatlar Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edilib", - sədr vurğulayıb.